news Image
2016.06.02
09:30
| A A A
Yatmazdan öncə nəm corab geyinmənin FAYDALARI

Fəsil dəyişkənliyi zamanı orqanizmdə də dəyişiklik yaranır. Yay-yaz aylarında pikniklər, istirahətlər,  çox gün altında gəzinti nəticəsində gün qripi, soyuqdəymə halları yaşana bilər. 


Movqe.az atv.az-a istinadən belə hallardan qorunmaq üçün seçilmiş üsullar təqdim edir:


Burnun duzlu su ilə yuyulması


1/4 ç.q duz və 1/4 ç.q soda 1 stəkan isti suda qarışdırılır. Burun yuyulur. Prosedur zamanı nəfəs ağızdan alınmalıdır. Gün ərzində burun yuma üsulunu 2-3 dəfə təkrarlayın. Sağalana kimi istifadə edilməsi məsləhətdir.


Boğaz yaxalama


Hamımız bilirik ki, duzlu su ilə boğaz qarqara etmək çətindir. Ancaq mütəxəssislər tərəfindən isbat olunub ki, bu üsul insana əla təsir edir.


İsti dəmləmə


İsti dəmləmə soyuqdəymə hallarının aradan qalxmasına çox kömək edir. Yatmazdan öncə ot çayının bal və 1-2 damcı alkoqolla qarışdırılıb içilməsi məsləhətdir.


Nəm corab


Gülməli səslənsə də, temperaturun aşağı düşməsinə və burun tutulmasına kömək edir. Belə halda qan ayağa yığılır. İsti su isidilir. Sonra corablar isladılıb, sıxılaraq ayağa geyinilir. Üstdən qalın quru corab geyinilir.


Limonad


Gündüzlər yay içkisi kimi orqanizmin təmizliyi üçün limonlu suya 1 çay qaşığı bal qatıb içmək immun sistemini gücləndirir.


Mentol


Tutulmuş buruna mentollu maz vura bilərsiniz. Sonra qaynayan qazanın buxarında nəfəs alın. Bu halda burun açılacaq. Həmçinin  burun tıxanıqlığı zamanı düz başaltıda yatmayın. Başın altındakı döşəkcəni nisbətən qaldırın. Belə halda da rahat nəfəs almaq olar. Bunlarla bərabər təbii C və D vitaminli qidalar yeyilməsi məsləhətdir. Bu sizi tez sağalamağınıza kömək edəcək. Həmçinin kök, qarağat, banan, qəhvəyi düyü, şirin bibər, xardal yeyilməsi məsləhətdir.


Bu halda həkimlər şəkər, süd, pendir yeyilməsini məsləhət etmirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs