Əlaqə Arxiv
news Image
2016.06.03
20:00
| A A A
Ana ŞOKDA "Mən kimi dünyaya gətirmişəm?!" - VİDEO+FOTO

Hospitalın doğuş şöbəsində çəkilmiş bu foto sosial şəbəkələrdə yeni fenomendir.


Yeni ana olmuş qadının simasındakı heyrət, qorxu və təəccüb onun əsla gözləmədiyi, qəfil xəbərdən şoka düşdüyünü göstərir.


Movqe.az milli.az-a istinadən bildirir ki, fotoda Avstraliya vətəndaşı, əslən yapon olan Koto Nakamura əks olunub. O, yenicə ana olub və bu zaman həkimlərin "Təbrik edirik, oğlunuz dünyaya gəldi!" sözlərini eşidəndə heyrətini gizlədə bilməyib.


Çünki Koto qızının olacağına əmin idi.


Olay Avstraliyanın Tasmaniya adasındakı hospitalda yaşanıb. Fotoları isə fotoqraf Ces Cekson çəkib.


Koto Nakamura və onun əri Sina Niakasanfi ilk övladlarının qız olacağını düşünürdülər. Çünki Koto hamiləliyin ikinci ayında olanda klinikadakı ultrasəs müayinəsinin cavablarında "bətninizdəki övladınız qızdır" yazılmışdı.


Koto bu xəbərə sevinmişdi, çünki ilk övladının qız olmasını istəyirdi.


Koto və Sina doğulacaq qıza ad da qoymuşdular: Hinata... Onların valideynləri, qohumları və dostları dünyaya gələcək qız üçün çəhrayı rəngdə paltarlar, qızlar üçün nəzərdə tutulmuş oyuncaqlar da hədiyyə etmişdilər.


Ər və arvad səbirsizliklə Hinatanı gözləyirdilər.


Doğuşdan sonra Kotoya oğlunun olduğu deyiləndə o, heyrətlə "Mən kimi doğmuşam?!" deyərək palatadakı həkimləri və tibb bacılarını güldürüb.


Dünyaya gəlmiş oğlana Tayqa adı verilib.


"Sözün açığı, təəccüblənmişdim. Amma indi bəxtəvərəm. Oğlum olub", - Koto deyib.



Sizin Reklam Yeriniz