Əlaqə Arxiv
news Image
2016.06.04
14:30
| A A A
Yemişi kəsdikdən sonra soyuducuda belə saxlayın

Sözsüz ki, hər bir mövsümdə meyvə yetişir. Hər meyvəni də mövsümündə yemək məsləhətdir. Əlbəttə ki, meyvəni aldığımız gün yeyib bitirmirik. Əsasən soyuducuda saxlayırıq və bir neçə gün süfrələrə düzürük. Bəs istənilən meyvəni soyuducuda saxlamaq olarmı? Meyvələri kəsdikdən sonra necə saxlamalıyıq? Meyvələrin ömrü nə qədərdir?


Movqe.az milli.az-a istinadən bildirir ki, sitrus meyvələrini kəsməzdən əvvəl soyuducuda paketsiz 2 həftə saxlamaq olar. Kəsdikdən sonra isə soyuducuda paketli 2-3 gün saxlamaq olar.

 

Armudu piştaxtada paketsiz saxlamaq lazımdır. Yumşaldıqdan sonra 4 gün saxlamaq olar.

 

Avokadonu kəsməzdən əvvəl piştaxtada paketsiz saxlamaq lazımdır. Yumşaldıqdan sonra 4 gün saxlamaq olar. Kəsdikdən sonra isə soyuducuda saxlamaq lazımdır. Üzərinə limon sıxılmış və streç sellofana bükülmüş formada isə 1 gün saxlamaq olar.

 

Yemişi kəsməzdən əvvəl piştaxtada paketsiz 5 gün saxlamaq olar. Kəsdikdən sonra isə soyuducuda streç sellofana sarılmış formada 7-10 gün saxlamaq mümkündür.

 

Bananı yumşaldıqdan sonra 3 gün saxlamaq olar. Kəsdikdən sonra soyuducuda falqaya bükülmüş formada 1-2 gün qala bilər.

 

Şaftalı, əriyi piştaxtada paketsiz saxlamaq lazımdır. Yumşaldıqdan sonra soyuducuda 5 gün saxlamaq olar.

 

Meşə meyvələri soyuducunun siyirtməsində ağzı açıq saxlanmalıdır. Ancaq 3-5 gün keçməmək şərti ilə.

 

Üzüm soyuducunun siyirtməsində deşikli paketdə 1-2 həftə saxlanıla bilər.

 

Almanı soyuducunun siyirtməsində paketsiz halda 3 həftə saxlamaq mümkündür

Sizin Reklam Yeriniz