Gülümsəmə yer üzündə hər bir şəxsin sənətindən, yaşından və sosial statusundan asılı olmayaraq tətbiq etdiyi "üzün özünəməxsus mimik dili"dir. İnsanın ilk gülümsəməsi dünyaya gəlişinin 35-ci günü baş verir və 40 yaşınada artıq o, 20-dən çox müxtəlif gülümsəmə formalarından istifadə edir.
Gülümsəyən insan 15-dən artıq əzələdən istifadə edir. Sadə gülümsəmə zamanı insanın sadəcə dodaqları gərilir və minimum sayda əzələlər iştirak edir, amma canlı və əsil gülümsəmədə göz qapağına qədər əzələlərin hamısı fəaliyyətdə olur.
6 gülümsəmə növü mövcuddur:
1. Səbəbkar gülümsəmə - xəcalət çəkəndə vəya utananda meydana gəlir və peşmançılığı ifadə edir.
2. İnamlı gülümsəmə - çətinlikləri gülümsəyərək qarşılayan sixoloji güclü adamlarda baş verir. Bu, müsahibə müsbət təsir edir və ilk tanışlıq yaxud ünsiyyət üçün körpü rolunu oynayır.
3. Nəzakətli - əsasən tanış olmayan adamla görüşdə baş verir və insanları yaxınlaşdırır.
4. Müdafiə - daxili həyəcan və təcavüz zamanı baş verir. Bunun köməyilə insanlar təmkinlərini qoruyur, sakitləşir və özlərini pis tərəfdən göstərməməyə çalışırlar.
5. Valehedici – insan kiminsə xoşuna gəlmək istəyəndə və inam təlqin edəndə baş verir.
6. Birləşdirici gülümsəmə - tanış hadisənin yaşanmasıdır. İnsanlar arasında qarşılıqlı anlaşmaya zəmanətdir.
Ən başlıcası isə, əgər
insanlarda inam yaratmaq istəyirsinizsə, ürəkdən gülümsəyin, onda
hər kəsdə xeyirxahlıq və anlaşılma oyadacaqsınız.