Əlaqə Arxiv
news Image
2016.06.04
16:00
| A A A
320 min dollara əl çantası satıldı - FOTO

Dünyanın bahalı əl çantası satılıb. Parisdə hazırlanmış "The Diamond Himalayan" adlı çantanı Çinin Honkonq şəhərində yaşayan, adının anonim saxlanılmasını istəyən milyarder 320 min dollara alıb.


Movqe.az Daily Mail-ə istinadən bildirir ki, "Hermes Birkin" stilində olan bu çanta "Hermes" şirkətinin əsəridir. Albinos timsahın dərisindən tikilmiş çantanın içi anqor keçisinin dərisindən tikilib. Brilyant və almaz qaşlarla inkrustasiya edilmiş çantanın metal hissələri platin, habelə ağ qızıldandır.


"Birkin" stilli çantaların müəllifi "Hermes"in əfsanəvi rəhbəri Jan-Lüi Dümadır. O, 1969-cu ildə britaniyalı aktrisa Ceyn Birkinin ifasında "Je t'aime ... Moi Non Plus" mahnısını eşidəndə bu ifaya vurulmuşdu. Sonra isə o, hazırladığı çantaya aşiq olduğu aktrisanın adını verib.


"Hermes" çantalarının "ulu baba"sı isə 1892-ci ildə tikilmiş "Haut Courroies" sayılır. Bu çanta Fransanın imperator qvardiyasında süvarilərin atları yemləmək üçün istifadə etdikləri torba formasında idi.

Sizin Reklam Yeriniz