"Nokia"nın inanılmaz zərəri
Finlandiya mobil telefon istehsalı Nokia ilin ilk aylarında 929
milyon avro zərərlə üzləşib. İqtisadçılar məbləğin 554 milyon avro
olmasını güman edirdilər. Şirkət rəsmilərinin etdiyişərhə görə,
Nokia yanvar-mart dövrünü əhatə edən ilin ilk üç ayında 929 milyon
avro ziyana uğrayıb. Şirkət keçən il isə bu aylarda 344 milyon avro
qazanc əldə edib.
Nokianın satışları isə ilin ilk 3 ayında keçən il ilə müqayisədə 30 faiz azalaraq 7 milyard 354 milyon avroya qədər geriləyib.Keçən il isə şirkət yanvar-mart aylarında 10,4 milyard avro gəlir əldə etmişdi.
Ziba Yusifova

movqe.az