Əlaqə Arxiv
news Image
2016.06.07
18:20
| A A A
6 min insan sülh üçün soyundu - FOTO

Kolumbiyanın Boqota şəhərində 6 min insan soyunaraq dünyada sülh olmasına dəstək verib.


Movqe.az anspress-ə istinadən bildirir ki, bu aksiya amerikalı fotoqraf Spenser Tunikin təşəbbüsü ilə gerçəkləşib.   


İnsanlar paltarsız müsbət 7 dərəcədə dayanıblar. "Bu akta biz hamımız şərikik və bununla dünyada əmin-amanlığı bölüşürük. Bu, həm də birlik deməkdir. Xurafatın kökünü kəsmək vaxtı gəlib çatdı artıq". Çəkiliş Boqotanın əsas meydanında baş tutub. Bu Tunikin son 6 ildə ən böyük layihəsi hesab olunur. 


Fotoqrafın ən böyük fotosessiyası 2007-ci ildə Mexikoda olub. O vaxt Tunikə 18 min lüt insan poz verib. O, dünyanın müxtəlif şəhərlərində qeyri-adi fotosessiya edib. Tunik 2007-ci ildə Alp dağlarında 600 könüllü insanın paltarsız şəkillərini çəkib. 600 insan mənfi 10 dərəcədə soyunaraq poz veriblər. 

Sizin Reklam Yeriniz