5 yaşlı Evans Faskino harlequin tipi iktiyozis
xəstəliyindən əziyyət çəkir.
Movqe.az big.az-a istinadən xəbər verir ki,
Evansın dərisi normalda olduğundan 10 qat sürətlə böyüyür, anası
onu çimizdirdiyi zaman tökülən dəri qalıqlarını toplamalı olur.
Vannadan çıxdıqdan sonra Evansın dərisinin qurumasının qarşısını
almaq üçün nəmləndirici kremlər çəkilir.
Anası oğlunun sağlamlığı üçün əlindən gələni edir.
Daimi infeksiya təhlükəsi altında olan Evansın ailəsi gündə 2 dəfə
onun dərisindəki pulcuqları soymağa məcburdur. Əks təqdirdə,
pulcuqlar daha da qalınlaşır və onu soymaq mümkünsüz hala gəlir.
Həmçinin dərinin gündə 5 dəfə yağ və ya kremlər ilə nəmləndirilməsi
mütləqdir.
Məlumat üçün bildirək ki, dərinin hədsiz
keratinləşməsi nəticəsində bədənin hər tərəfinin pulcuqlarla
örtülməsinə harlequin tipi iktiyozis deyilir. Bu, çox nadir rast
gəlinən və səbəbi məlum olmayan genetik xəstəlikdir. Xəstənin
valideynlərinin də daşıyıcısı olduğu harlequin tipi iktiyozis
xəstəliyindən dəri normalda olduğundan çox daha sürətli inkişaf
edir. Bu ölümcül xəstəlik adətən yeni doğulan körpələrdə rast
gəlinir. Ancaq həyatda qalan körpələr ömrünün sonuna qədər yaşaya
bilməsi yaxşı müalicə almalıdır./publika/