Əlaqə Arxiv
news Image
2016.06.09
14:52
| A A A
Bütün dünya onunla görüşməyi arzulayır

Movqe.az xəbər verir ki, Akzel Douen Belçika atletikasının yeni bombası adlanır. Maniələrlə 400 metrə qaçışın 25 yaşlı mütəxəssisi öz uğurunun qurbanına çevrilib. "Kişilər məni tez-tez görüşə çağırır " deyə, o, "Dag Allemaal" nəşrinə danışıb. "İdmanın elit növlərinin də nöqsanları var. Mənin geniş çiyinlərim, əzələli qollarım və kiçik sinəm var. 

Tərləməkdən yeniyetmə vaxtlarında olduğu kimi məndə tez-tez sızanaqlar olur" o, sözünə davam edib."De Mens Slimste" və "Had Eten" şoularındakı çıxışından sonra Akzel Douen məşhurlaşıb, xüsusilə də əzələləi insanlar arasında. 

İdmançı ona olan münasibətin aydın olmamasından şikayətçidir. "Mən çoxlu mesaj alıram. Kişilər mənə kompliment deyir və görüşməyi təklif edirlər. Mesaj xoşagələn olanda "sağ ol" deyə cavab verib, bundan irəli getməmişəm" deyə Akzel  "Dag Allemaal"a danışıb.

Artıq Akzel Douen bir nəfərlə gözəl görüşlər keçirir. "Biz təzəlikcə görüşməyə başlasaq da münasibətlərimiz əladır. Bilirəm ki, mənə olan münasibət konkret olmur. İdman həyatımın ayrılmaz hissəsidir. Mən nəyin hesabına olur-olsun uğur qazanmaq istəyirəm, bu isə məşqlər, təlimlər və yarışlar deməkdir. Ancaq mənim oğlanım bütün bunları bilir. Bundaan başqa o da idmançıdır" deyə, qaçışçı bildirir.





Sizin Reklam Yeriniz