Əlaqə Arxiv
news Image
2017.09.09
10:45
| A A A
62 illik avtomobili 60 minə satmaq istəyir - FOTO

Tovuz sakininin həyətində 62 "yaşlı" unikal retro avtomobil var.

Əvvəlcə "onu heç vaxt satmaram" dedi. Amma sonra bir qədər düşünüb əlavə etdi: "60 min manat verən olsa, bəlkə də fikrimi dəyişdim". Söhbət unikal retro avtomobildən gedir. 

Movqe.az xəbər  verir ki, Tovuz sakini sevimli maşınını bu günümüzə çox yaxşı vəziyyətdə gətirib çıxara bilib. 

İstehsal ilini görüb, avtomobilə baxanda insanda bir qədər təəccüb yaranır. 1954-cü ilin buraxılışı belə saz vəziyyətdə qalar? Bəli, Aslan İsmayılov "Moskviç-401" modellini keçmişdən gələcəyə gətirə bilib, özü də işlək vəziyyətdə. Görənlərin diqqətini çəkən avtomobil digər modellərdən mühərrikin gücünə görə fərqlənir. Aslan kişi deyir ki, "VAZ" markalı maşınların gedə bilmədiyi yolları "Moskviç-401"lə rahat qət edə bilir.

 

Gənc yaşlarından Rusiyanın müxtəlif şəhərlərində sürücülük edən Yuxarı Öysüzlü kənd sakini bu ölkədə istehsal edilən avtomobillərin həvəskarıdır. Hazırda Aslan İsmayılovun həyətində "Moskviç-401"lə bərabər, "VAZ 21011", "VAZ 2107" də dayanıb. 62 yaşlı "Moskviç"ə gəldikdə isə sürücü əmin edir ki, onun hər hansı bir detalı dəyişdirilməyib. Aslan İsmayılov sevimli avtomobilinin sükanını heç kimə etibar etmir. Amma 60 min manat verən olsa, fikrini dəyişə bilər.

 

Maraqlıdır ki, bu yığcam, yanacağa qənaətli avtomobil yalnız 1955-ci ilə qədər istehsal olunub. İndi "Moskviç-401"in belə saz vəziyyətdə olan nümunəsinə isə çox nadir hallarda rast gəlinir./Kəpəz TV /

Sizin Reklam Yeriniz