Əlaqə Arxiv
news Image
2018.09.11
18:00
| A A A
3D printerdə bu da düzəldildi

"Airbus" şirkəti 3D çap texnologiyasından istifadə olunmaqla yaradılan dronu ictimaiyyətə təqdim edib.

 

Movqe.az lent.az-a istinadən xəbər verir ki, yeni pilotsuz uçan aparatın uzunluğu 4 metr, çəkisi isə 20 kiloqramdır.

 

"Thor" adlanan özünün yeni layihənin konsepsiyasını "Airbus" şirkətinin nümayəndələri "Berlin Air Show" sərgisi çərçivəsində nümayiş etdiriblər. Onlar dəqiqləşdiriblər ki, bu nümayişin məqsədi məhsulun son nəticəsini göstərmək deyil, 3D çap texnologiyasının aviainşaat sənayesi üçün aça biləcəyi imkanları tamaşaçılara göstərməkdir.

 

Qeyd etmək lazımdır ki, ənənəvi texnologiyadan ancaq pilotsuz uçan aparatın elektron elementləri düzəldilərkən istifadə olunub. Bütün digər hallarda, xüsusilə də vintlərin və şassinin istehsalında 3D çap printerindən istifadə olunub.

Sizin Reklam Yeriniz