news Image
2016.06.15
16:30
| A A A
Ermənilərdən ŞOK VİDEO - Vanqa Azərbaycan haqda nə dedi?
25 dekabr tarixində Xankəndində ermənilər Azərbaycan haqda yeni filmin təqdimatını keçiriblər. 

Movqe.az   "News.am"  istinadən verdiyi xəbərə görə, "Azərbaycanda etnonimlərin axtarışı" adlı filmdə bu gün Bakıda və İsmayıllıda yaşayan həmvətənlərimizin hansı millətə məxsus olduğunu bilmədikləri deyilir. Filmdə qeyd olunur ki, Azərbaycanda yaşayan əhali özünə azərbaycanlı, türk, azərbaycan türkü deyir. Filmdə həmçinin işğal olunmuş Azərbaycan torpaqları göstərilir, bundan başqa Azərbaycanda keçirilən seçkilərdən də bəhs edilir. 

Filmin sonunda isə məşhur öncəgörən Vanqanın Azərbaycan haqda dediyi sözlər yayımlanır. Məlumata görə, 1993-cü ildə azərbaycanlı jurnalistlərlə görüşən Vanqa ölkəmiz haqda deyib: "Siz müharibədə məğlub olacaqsınız, analar gözüyaşlı qalacaq, bu 30 il davam edəcək. Daha sonra isə insanlarınız xoşbəxtlik olacaq."



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs