news Image
2016.06.21
20:30
| A A A
Klintonun ikinci nəvəsi doğuldu - FOTO

ABŞ Demokrat Partiyasından prezidentliyə namizəd, ölkənin sabiq dövlət katibi Hillari Klintonun ikinci nəvəsi dünyaya gəlib.

Movqe.az ABC-yə istinadən bildirir ki, ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun xanımı Hillari Klintonun yeganə qızı Çelsi bankir Mark Mezvinski ilə nikahdadır.

Ailənin yeni doğulmuş ikinci övladı oğlandır və ona Eydan adı verilib.

Çelsinin ilk övladı Şarlotta 2014-cü ildə doğulub.

"Mark və mən qürurluyuq, sevinirik, çünki oğlumuz Eydan Klinton Mezvinskinin doğulmasını bayram edirik", - Çelsi Klinton Twitter-dəki profilində yahıb.

Hillari Klinton seçkiqabağı kampaniyasında sürəkli olaraq nəvəsi Şarlottadan danışır.

Çelsi və valideynləri sabiq konqresmenlər olan Mark 2010-cu ildə evləniblər.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. İyul ayında Demokrat və Respublikaçılar partiyaları milli konventlər keçirərək namizədlərini müəyyənləşdirəcəklər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs