news Image
2016.06.21
23:00
| A A A
ABŞ əsgəri azan oxudu

ABŞ dövlət katibi Con Kerri və BMT Qaçqınlar Ali Komissarlığının xüsusi təmsilçisi Ancelina Coli Dünya Qaçqınlar Günü münasibəti ilə Dulles bölgəsi Müsəlman Cəmiyyətinin (ADAMS) təşkil etdiyi iftarda iştirak ediblər. 


Movqe.az  bildirir ki, çıxışına "Salam-aleyküm" deyərək başlayan Kerri Müsəlman dünyasının ən müqəddəs ayını qeyd etdiklərini xatırladaraq "Ramazan-i Kərim" ifadəsindən istifadə edib. 


Dünya Qaçqınlar Günü münasibəti ilə çıxışında bu mövzuya xüsusi yer verən Kerri: "Bütün miqrantları bir ölkədə yığsaq, dünyanın ən çox əhalisi olan 22-ci ölkəsi olacaq", - deyib. 


Kerri ABŞ-a qəbul edilmiş miqrantların ölkə üçün təhlükəli olduğu istiqamətindəki fikirlərə sərt reaksiya verib: "Müəyyən bir nəzarətdən sonra ABŞ-a qəbul edilmiş bu miqrantların ölkəmiz üçün hər hansı bir təhdid ünsürü olması müzakirə mövzusu deyil. Bu insanların bir təhlükə ünsürü olduğu istiqamətində heç bir sübut yoxdur. Qaçqınlar cəmiyyətimiz içində olan hər hansı bir qrupdan daha təhlükəli deyil".


Müsəlmanlara qarşı nifrət fikri yaratmağın terrorçu qruplara sərf etdiyinə diqqət çəkən Kerri bunları qeyd edib: "Müsəlmanlara nifrət qusmaq, onları hədəf vəziyyətinə gətirmək terrorçu qrupların mənafeyinə xidmət edir. ABŞ və islam arasında sanki bir döyüş var imiş kimi vəziyyət yaratmağa çalışırlar və bu doğru deyil. Müsəlmanların azad yaşaya bildiyi ABŞ kimi ikinci bir ölkə yoxdur".


Ancelina Coli də çıxışında fərqli bir çox dindən olan insanın birlikdə iftar proqramında iştirak etməsinə görə, məmnun olduğunu bildirib. "İnsanlar bərabər doğulub və bərabər hüquqlara sahibdir. Bəzi insanların digərlərindən daha dəyərli olduğunu düşünmək demokratik ölkələrə yaraşmaz", - Coli vurğulayıb. 


Fərqli dinlərdən təmsilçilərin iştirak etdiyi proqramda axşam azanını ABŞ ordusunda çalışan müsəlman əsgər oxuyub. /interaz/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs