Əlaqə Arxiv
news Image
2016.06.22
18:20
| A A A
Şimali Koreya şokda: raketlər havada partladı

Şimali Koreyanın buraxdığı ballistik raketlər 150-160 km uçaraq havada partlayıblar.

 

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu "Renhap"a  Cənubi Koreyanın rəsmi qurumlarındakı mənbə bildirib.

 

"Təhlil göstərir ki, 4 min km-dək məsafəni qət edə biləcək "Musudan" sinfinə aid raketlər cəmi 150 km-dən çox məsafəni qət edə biliblər", -  deyə mənbə bildirib.  

 

Mənbə qeyd edib ki, uçuş zamanı raketlər bir neçə hissəyə parçalanıb.

 

"Renhap"-ın məlumatına görə, KXDR lideri Kim Çem In raket buraxılışına şəxsən nəzarət edib.

 

Qeyd edək ki, Şimali Koreya bir qədər əvvəl iki ballistik raketin buraxılışını həyata keçirib.

Sizin Reklam Yeriniz