Mübahisə, ölüm, xəstəlik və s. bu kimi hallar evdə neqativ enerji yaradır. Neqativ enerjini, cadu-tilsim sayəsində evdə yaranmış xoşagəlməz auranı aradan qaldırmağın müxtəlif yolları var.
Movqe.az publika.az-a istinadən evi mənfi
enerjidən təmizləməyin bir neçə yolunu təqdim edir:
Təmizlik
Dağınıqlıq və çirk, mənfi enerjiləri evə cəlb edir. Evi təmizləməklə avtomatik olaraq mənfi enerjini də aradan qaldırırsınız. Mütəmadi olaraq hamam və mətbəx də daxil olmaqla, bütün otaqların künc-bucaqlarını yaxşıca təmizləyin. Mətbəxdə heç vaxt, xüsusilə gecələr çirkli qab saxlamayın. Əşyaları həmişə aid olduqları yerə qoyun. Ehtiyacınız olmayan köhnə əşyaları atın.
Büxur yandırmaq
Büxur evi mənfi enerjidən təmizləməyin ən qədim
üsullarından biridir. Yandırmaq üçün ən çox istifadə edilən bitki
isə adaçayıdır. Adaçayını yandırdıqda ətrafa neqativ ionlar
göndərir, bu da mənfi enerjini neytrallaşdırır.
Neqativ ionlar evdə əmin-amanlıq yaradır. Adaçayının eyni zamanda
sakitləşdirici təsiri də var. O, sinirləri sakitləşdirib zehni
gücləndirir. Adaçayına alternativ kimi lavanda, şam və ya
başqa gözəl ətirli bitkilər də istifadə etmək olar. Evinizi
təmizlədikdən sonra bütün qapıları, pəncərələri, siyirmələri və
şkafları açın. Bir-birinə bağlanmış quru budaqları yandırıb,
tüstünün hər tərəfə yayılması üçün evin içində gəzdirin.
Mebelləri səliqəyə salın
Bəzən mebellərin yerlərini dəyişdirmək də evdəki pis enerjinin
azalmasına kömək edir. Mebelləri yerləşdirən zaman otağın mümkün
qədər geniş görünməsinə çalışın. Əgər nəticə sizi qane etmirsə,
deməli, düzgün yerləşdirməmisiniz. İstifadə etmədiyiniz əşyaları
evdə saxlamayın.
Günəş işığı və təmiz hava
Günəş işığı və təmiz hava mənfi enerjini evdən dərhal təmizləyir.
Təbiətin güclü enerjisi sizin ən yaxşı xilaskarınız olacaq. Mənfi
enerjini yox etmək üçün səhər tezdən yuxudan duran kimi pərdə,
pəncərə və qapıları açıb gün işığının və təmiz havanın içəri daxil
olmasına icazə verin. Sadəcə, otağınızın və orqanizminizin deyil,
paltarlarınızın da günəşə ehtiyacı var. Paltarları mümkün qədər
günəş işığında qurudun.
Dəniz duzu
Bir neçə qaşıq dəniz duzunu bir stəkan isti su ilə qarışdırıb duzun
əriyib, su ilə həll olmasını gözləyin. Qarışığı sprey şüşəsinə
töküb evin müxtəlif guşələrinə sıxın. Otağınıza, xüsusilə
şimal-şərq və cənub-qərb tərəfə dəniz duzu səpin. 1 gecə
saxladıqdan sonra tozsoranla süpürün.
Alqış sədaları
Alqış sədaları, yüksək səs və titrəyişlər neqativ enerjinin yox
edilməsinə yardım edir. Təmiz və yüksək səs evi mənfi enerjidən
təmizləməyin ən effektli üsuludur. Göy gurultusu da təbiətin müsbət
enerjini yaymasının bir üsuludur. Evinizin müxtəlif guşələrində,
rəflərdə, pilləkənlərdə, ağlınıza gələn hər yerdə əl çalın. Zəng,
zınqırov və təbil kimi alətlərdən dən istifadə etmək
olar.
Efir yağları
Efir yağlarının kəskin ətri mənfi enerjini dərhal məhv edir. Eyni
zamanda evdən uzun müddət xoş, təravətli qoxular gələcək. Limon,
portağal, lavanda, adaçayı, nanə və qızılgül kimi fərqli efir
yağlarından bəhrələnmək olar. Kiçik sprey şüşəsini su ilə doldurun.
15-30 damcı hər hansı efir yağı əlavə edin. Onu evin hər küncünə,
xüsusilə pəncərə və qapılara sıxın.
Dibçək bitkiləri
Dibçək bitkiləri də mənfi enerjini aradan qaldırmaqda olduqca
təsirlidir. Bambuku, ay otu, adaçayı, hind reyhanı, orxideya, aloe
vera, rozmarin, jasmin və s. bitkilər evdə müsbət aura
yaradır.
Daşlar
Kristalların yaydığı yüksək vibrasiya mənfi enerjini yox etməyə
qadirdir. Onlar ətrafımızdakı insanların səbəb olduğu mənfi duyğu
və düşüncələrlə mübarizə aparır. Qara turmalin daşını evin girişinə
qoymaqla mənfi enerjinin daxil olmasına mane olursunuz. Ya da onu
evin mərkəzinə qoyaraq pis enerjinin evdən çıxmasını təmin edə
bilərsiniz.
Pis enerjiyə qalib gələn digər daşlara: çaxmaq daşı, kuvars, qara
oniks, ametist, qara obsidian və apaçi göz yaşları, kəhrəba və.s
daşları misal çəkmək olar. Daşların öz funksiyasını yaxşı yerinə
yetirə bilməsi üçün onları həftədə bir dəfə təmizləmək
lazımdır.
Zəfəran
Tibet ənənəsinə görə, mənfi enerjilər zəfəranın kəskin qoxusunu
sevmir. Dolayısı ilə zəfəran pis enerjini evdən uzaqlaşdırmağın ən
asan yoludur. Günəş doğarkən evinizin girişinə bir miqdar zəfəran
səpin. Beləliklə, evinizə müsbət enerjini dəvət edin.