Əlaqə Arxiv
news Image
2016.06.28
22:00
| A A A
Dünyanın ən varlı adamı gülüş hədəfi oldu - FOTO

Dünyanın ən varlı insanı olan Bill Qeyts "Facebook"da gülüş hədəfi olub.


Movqe.az anspress-ə istinadən bildirir ki, öz "Facebook" hesabında paylaşdığı şəkil ilə Tailanddakı yoxsulluğa diqqət çəkmək istəyən milyarder səhvə yol verib.


Bill Qeytsin elektrik naqilləri ilə telefon naqillərini qarışıq salması müzakirələrə səbəb olub.


"Problemli  infrastruktur səbəbiylə bir çox region tez-tez gözlənilməz və ya planlı elektrik fasilələri ilə qarşılaşır. Bu şəkildə gördüyünüz kimi qarışıq naqilləri olan çox bina gördüm. Həm də bir çox ölkədə. Amma bura Tailanddır. İnsanlar elektrik kəsilmələrində qeyri-qanuni yollarla evlərinə işıq çəkərək ehtiyaclarını təmin etməyə çalışarkən həyatlarını təhlükəyə atmış olurlar", - deyə milyarder paylaşdığı şəklə şərh yazıb.


"Texnologiya dahisi hələ telefon naqili ilə elektrik naqilini ayıra bilmir", -deyən sosial şəbəkə istifadəçiləri Tailandda elektrik sisteminin yetərincə təkminlləşdirildiyini, insanların elektrik əldə etmək üçün dirəklərə çıxmadıqlarını bildiriblər.

Sizin Reklam Yeriniz