Atası hesabına varlanan insanlarla, öz zəhməti və şəxsi keyfiyyətləri sayəsində böyük nailiyyətlər əldə edən insanlar bir-birindən dərhal seçilirlər.
Movqe.az publika.az-a istinadən atası
hesabına var-dövlət sahibi olanlarla öz zəhməti, əziyyəti sayəsində
varlanan insanlar arasındakı 15 qəribə fərqi təqdim edir:
1. Pul ikisi üçün də əhəmiyyətlidir. Lakin atası sayəsində zəngin
olan insanlar başqasının pullarını xərcləməklə məşğul olarkən, öz
zəhməti ilə varlanan insanlar daim öz üzərində çalışır və pul
qazanmağın yeni yollarını axtarırlar.
2. Atadan zəngin olan insanlar bəzən nə iş gördüklərini belə
bilmədiyi halda, öz bacarıq və şəxsi keyfiyyətləri sayəsində zəngin
olan insanlar hər gün işə gedir, bütün işlərə şəxsən özü nəzarət
edir. Aparılan araşdırmalar da göstərir ki, sıfırdan zəngin olan
insanlar çox vaxt yuxuda da iş düşünürlər. Onlar günün istənilən
vaxtı maraqlı layihələr fikirləşib tapmaq, inanılmaz investisiyalar
həyata keçirmək iqtidarındadır. Ən əsası zəhmətkeş və intellektual
rəhbərlərini işçilər də çox sevir. Atası sayəsində zəngin olan
insanlar isə işə getmir, sadəcə, işə baş çəkirlər. Bir qayda olaraq
iş yeri onların yadına pul lazım olanda düşür.
3. Atasının hesabına varlanan insanların ən böyük üstünlüyü şanslı
doğulmalıdır. Belələrinin, demək olar ki, əksəriyyətinin heç bir
müsbət cəhəti yoxdur. Sıfırdan zəngin olan insanlar isə inanılmaz
dərəcədə ağıllı və çox bacarıqlı olurlar. Unutmayın ki, zəhmətsiz
əldə edilən var-dövlət tez itirilir. Anadangəlmə zəngin
insanlar da belədir. Onlar zəhmətsiz, əziyyətsiz əldə etdikləri hər
şeyi çox qısa müddətdə itirirlər. Öz zəhmətləri hesabına zəngin
olanlar isə qazandıqlarından asanlıqla imtina etmirlər.
4. Birincilər hər şeydən əvvəl şirkətin deyil, öz mənfəətlərini
üstün tuturlar. Öz əziyyətləri hesabına zəngin olanlar isə
ilk növbədə şirkətin nüfuzunu düşünürlər. Zəngin atanın uşaqları
şirkətdə işlər pis gedəndə nə edəcəyini bilmir, yalnız əlindəkiləri
xilas etməyə cəhd edirlər. Amma alın təri ilə zəngin olan insan
sona qədər mübarizə aparır.
5. Atasının hesabına zəngin olan insanlar pulu yalnız özləri üçün
xərcləyir, sıfırdan zəngin olan insanlar isə ailələrinin də həyat
və yaşayış keyfiyyətini yaxşılaşdırırlar.
6. Atasının hesabına varlanan özündənrazılar hamıya yuxarıdan aşağı
baxdığı halda, ikincilər insanlara statusuna və vəzifəsinə görə
dəyər vermirlər. Çünki onlar keçmişi unutmur, özünü danmırlar.
Öz zəhməti ilə zirvələri fəth edən insanlar kimlə necə rəftar etmək
lazım olduğunu yaxşı bilir.
7. Atası hesabına varlananlar ən xırda problemi həll etməyə
çətinlik çəkir, sıfırdan zəngin olanlar isə dimdik ayaqda dayanır
və sonuna qədər o problemin üstünə gedir. Birinciləri pul güclü
etdiyi halda, ikinciləri pullu edən gücləridir.
8. Var-dövlət içində böyüyən insanlar pulun qiymətini bilmir, amma
sıfırdan zəngin olan insan pulu çətinliklə qazanıldığı üçün onu
necə gəldi xərcləmir. Sıfırdan qazanan insan xəsis deyil, amma
pulunu səmərəli xərcləməyə üstünlük verir. Birincilər kimi pulunu
zibilə atmırlar...
9. Atası sayəsində zəngin olanlar yeməsə də, süfrəsinin nemətlərlə
dolu olmasını tələb edir. Sonradan zəngin olan insan isə bir
smitlə də doya bilir. Anadangəlmə zəngin olan insanın qarnını pul
doyurur. Sıfırdan zəngin olan insanın qarnını isə uğur
doyurur!
10. Atadan zəngin olan insanlar pulu nümayiş obyekti kimi istifadə
edirlər. Onlar pulu ilə, varlı olması ilə gərəksiz yerə öyünməyi
sevirlər. Öz əziyyəti hesabına zəngin olan insan isə pula vasitə
kimi baxır. Hətta onlara zəngin olduğunu dedikdə utanıb
sıxılırlar.
11. Atası hesabına zəngin olanlar bölüşməyi sevmir,
ancaq sıfırdan zəngin olan insanlar ehtiyacı olanlara böyük
məmnuniyyətlə yardım edir.
12. Məşhur meyxanada da deyildiyi kimi "Papanın gül balaları" işini
böyütmək haqqında fikirləşmir, zəhmətkeş insan isə daim
axtarışdadır. Onlar hər dəqiqə uğurlu investisiyalar yatırmaq və
daha çox qazanmağın yolları barədə düşünür.
13. Atası hesabına zəngin olanlar hər şeyin ən yaxşısına, ən
bahalısına sahib olmağa can atır, sıfırdan zəngin olan insanlar
üçün bu amil o qədər də əhəmiyyət kəsb etmir. Onlar zənginliyi lüks
həyat tərzində görmürlər. Onların ən bahalı mülkiyyəti
intellektləridir.
14. Atası hesabına varlı olanlar az məbləğlə qane olmur, ikincilər
isə hətta qəpiklərinin belə qədrini bilir, onları
dəyərləndirirlər.
15. Atası zəngin olan insanları iqtisadi böhran həyəcanlandırır,
qorxuya salır. Sıfırdan zəngin olanlar isə böhrandan çıxmaq yolunu
bilirlər. Öz ağlı, qabiliyyəti və zəhməti hesabına varlananlar
yaxşı bilir ki, iş dünyasında hər şey baş verə bilər. Əgər onlar
iqtisadi böhrandan ən az zərərlə çıxa bilirsə, deməli, həqiqətən
qeyri-adi zəkaya malikdir.
Milli.Az