Əlaqə Arxiv
news Image
2016.07.02
15:00
| A A A
Londonda keçirilən hərracda dünyanın ən iri almazı alıcı tapmayıb

"Sotheby's" satış evi dünyanin ən iri almazı – "Lesedi la Rona" üçün alıcı tapa bilməyib.

Movqe.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 1109 karat ağırlığında olan qiymətli daş 2015-ci ilin noyabr ayında Botsvanada, Kanadanın "Lucara Diamond Corp" kompaniyasına məxsus "Karowe" yatağında aşkarlanıb. Tennis topu boyda olan almazın adı tsvana dilində "Bizim nur" mənasını verir.


Almazın ilkin qiyməti 50 milyon funt sterlinq (70 milyon dollardan çox) təşkil edirdi. Lakin iyunun 29-da London hərracında qiymət 61 milyon dolları keçmədiyi üçün satış ləğv olunub.


"Lesedi la Rona" dünyanın ən iri ikinci almazıdır. O, yalnız 1905-ci ildə Cənubi Afrika Respublikasında tapılan və ilkin olaraq 3106 karat çəkiyə malik olsa da, sonradan kiçik hissələrə parçalanan "Cullinan" almazından geri qalır.

Sizin Reklam Yeriniz