Əlaqə Arxiv
news Image
2016.07.01
17:10
| A A A
Şirkət üçün çox pis reklam

Movqe.az xəbər verir ki, 2008-ci ildə "Secret Story"yə köhnə namizəd olmuş Kağolin Ğösövö bu gün gözəl baxışlarına və fotolarına görə sosial şəbəkələrin əsil ulduzuna çevrilib. İyulun 1-də, cümə günü gənc qadın anası ilə 4 gün birlikdə keçirmək üçün Mərakeşə uçmaq qərarına gəlib. Lakin EasyJet şirkətinin bir səhvi onun tətilini korlayıb. 

Kağolin acığını Twitter şəbəkəsindəki səhifəsində paylaşıb. "Tətildə ananın yanına yollandığın vaxt səhər saat 3-də yuxudanqalxırsan ki, saat 6:30 uçuşuna çatasan, çünki 1 saat nəqliyyata sərf etməlisən ki, aeroportda qeydiyyat vaxtına çatasan və bu zaman elan olunur ki, şirkət normadan artıq bilet satdığından yerlər dolub və gələn reyc növbəti cümə günü olacaq, sən də təzədən 1 saat yola sərf edib geri qayıdırsan və Mərakeşdə keçirəcəyin 4 günlük sərbəst həyat tamamilə suya qərq olur!" deyə o, 635 000 abunəçisinə yazıb. Bu məsələyə hələlik rəsmi rəy bildirməyən bir şirkət üçün çox pis reklamdır.                                                                                                                                                 


Sizin Reklam Yeriniz