Əlaqə Arxiv
news Image
2016.07.04
22:00
| A A A
Braziliya Feysbukun hesablarını dondurdu

Braziliyanın Londrina şəhər məhkəməsi Feysbuka məxsus 6 milyon dollarlıq hesabı dondurub.

 

Movqe.az  xəbər verir ki, bu addımın atılmasına əsas səbəb "Votsap" rəhbərliyinin polisin bir neçə nəfərin şəxsi hesabına girmək istəməsinə izn verməməsidir.

 

Hüquq mühafizə orqanları məhz bu yazışmaların hesabına Braziliya, Boliviya, Paraqvay və İspaniyada fəaliyyət göstərən narkotacirlər qrupunu ələ keçirməyi planlaşdırıb.

 

Qeyd edək ki, Votsap Feysbuka məxsusdur. Braziliya hökuməti may ayında messencerin ölkə ərazisində fəaliyyətinə 72 saat qadağa qoyub./publika.az/

Sizin Reklam Yeriniz