Əlaqə Arxiv
news Image
2018.10.23
17:37
| A A A
Bu ölkədə kişi qıtlığı yaşanır - FOTO

Daha bir ölkə də kişi qıtlığı yaranıb. Publika.az xəbər verir ki, bu barədə McCrindle şirkəti xəbər yayıb. Şirkətin araşdırmasına görə, məşhur aktrisa və sənətçilərin ana vətəni Avstraliyada qadınların sayı üstünlük təşkil edir.

 

Xüsusilə də meqapolis şəhərlərdə bu daha qabarıq şəkildə özünü biruzə verir. Böyük şəhərlərdə yaşayan qadınlar öz məhəbbətlərini tapmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalırlar. Ölkənin 8 əyalətinin 6-da qadınların sayı kişilərdən 100 min çoxdur. Araşdırmaya görə, yeni doğulan körpələrin əksəriyyəti qız uşaqlarıdır. Son iki ildə isə 20-35 yaş arasındakı qadınların özlərinə ər tapmaqda problemləri olduğu ortaya çıxıb. Problemin daha qabarıq göründüyü yerlər isə Tasmania və Victoria əyalətləridir.

 

Bəzi mənbələr isə iddia edir ki, əslində araşdırmanın nəticəsi həqiqəti əks etdirmir. Bu, ölkəyə daha çox turist cəlb etmək üçün məqsədli şəkildə uydurulub./publika.az/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz