Əlaqə Arxiv
news Image
2018.07.31
13:36
| A A A
Sarımsağı balla qarışdırıb, yeyin!

7 gün boyunca ac qarına sarımaq və bal yedikdə bədəndə nələr olur? Bu sualın cavabı sizi maraqlandırırsa, lent.az-ın məqaləsini mütləq oxuyun.

Demək olar ki, bütün dünya mətbəxində yer alan sarımaq ləzzətli olmaqla bərabər, bəzi yayılmış xəstəliklərin də müalicəsində faydalıdır. Əksərən bişirilmiş halda yeyilsə də, çiy halı əsl dərman təsiri bağışlayır.

Sarımaq qan təzyiqi və xolesterol səviyyəsinin aşağı düşməsinə, kroner ürək xəstəliklərinin və infarktın qarşının alınmasına yardım edir.

Bu möcüzəvi tərəvəzin yaz allergiyası, ishal, soyuqdəymə, qrip, həşərat dişləmələri və göbələk infeksiyaları kimi gündəlik sağlıq problemlərinə də faydası var.

Müntəzəm olaraq sarımsaq yemək osteoartrit, şəkər, prostat böyüməsi simptomlarının yüngülləşməsinə yardımçı olur.

İmmunitet sistemini gücləndirir və bədəni toksinlərdən təmizləyir.

Zəncəfil və soğanla birgə istifadə edildiyində bədənin kimyaterapiya sonrası toksinlərdən təmizlənməsinə də yardım edir.

Sarımsağı necə istifadə etmək lazımdır?

Sarımsağın tərkibindəki aktiv maddə alicin istiliyə məruz qaldıqda təbiiliyini itirdiyindən, ən idealı çiy şəkildə yeməkdir. Ən yaxşı nəticə üçün sarımsağı əzib doğrayın və yemədən əvvəl 15 dəqiqə gözləyin.

Bal ilə qarışdıraraq da yeyə bilərsiniz. Bunun üçün:

2-3 diş sarımsağı xırda-xırda doğrayıb 1 qaşıq balla qarışdırın. Bu qarışımı hər gün yeyin. Bir həftə içində enerjinizin yüksəldiyini, sağlamlığınızın yaxşılaşdığını görəcəksiniz.

Sarımsaqlı qrip toniki necə hazırlanır:

Bir ədəd sarı soğanın yarısı (doğranmış)

5 diş sarımsaq (doğranmış)

2 ədəd acı qırmızı bibər (doğranmış)

1 yemək qaşığı zəncəfil (doğranmış)

1 limon suyu

Alma sirkəsi, orqanik, filtrsiz

Hazırlanması:

350-500 ml-lik şüşə qab götürün, doğranmış soğanla doldurun. Doğranmış sarımsaqları, acı bibərləri toxumları ilə birlikdə əlavə edin. Doğranmış zəncəfilləri diqqətlə yerləşdirin.

Limonu ayrı bir qabda sıxın, çəyirdəklərini ayırın və qarışıma tökün. Bir sm-lik boşluq qalacaq şəkildə şüşəni alma sirkəsi ilə doldurun. Şüşə qabın qapağını bağlayın və şkafa qoyun. Boğaz ağrısı, soyuqdəymə və qrip toniki olaraq istifadə edə bilərsiniz./bizimyol.info/

Sizin Reklam Yeriniz