Əlaqə Arxiv
news Image
2017.07.14
16:37
| A A A
İnsan dərisindən paltar tikiləcək

Böyük Britaniyadan olan dizayner Tina Qoryank qeyri-adi layihəni reallaşdırmağa hazırlaşır.

Movqe.az xəbər verir ki, o, həmkarı mərhum dizayner Aleksandr Makkuinin dərisindən paltarlar, ayaqqabılar və əl çantaları hazırlayacaq. Bunun üçün Tina Makkuinin 2010-cu ildə öz kolleksiyasında istifadə etdiyi saçlarından DNK nümunələri götürəcək və mərhum dizaynerin dərisinin klonunu yaradacaq. Daha sonra süni dəridən paltarlar hazırlanacaq.

O, bu fəaliyyəti ilə həmişə qeyri-adi yaradıcılıq üslubu ilə fərqlənən Makkuini yaşatmağa çalışdığını bildirir.

Aleksandr Makkuin moda dünyasında əcaib formalı ayaqqabılar və paltarlarla yenilik edirdi. O, 2010-cu ildə öz evində asılmış vəziyyətdə tapılıb./olke.az/

 

ŞOK! İnsan dərisindən paltar tikiləcək

Sizin Reklam Yeriniz