Əlaqə Arxiv
news Image
2017.07.24
09:45
| A A A
Sakit, gözəl kənddə işləmək və yaşamaq istərdiniz? - FOTO

Kanadanın Yeni Şotlandiya əyalətindəki Keyp Breton Aylenddə, Uaykkokomaq yerləşən "Farmer's Daughter Country Market"in işçisi Sonya Andersen belə deyir. O, 10 yaşlı qızını da götürərək Keyp-Bretona köçüb. Sonyanın dediyinə görə, dükanın Facebook-da yerləşən səhifəsində yerləşdirilmiş elanı oxuyandan belə qərar qəbul edib.
Movqe.az  milli.az -a istinadən bildirir ki, dükanın sahibələri Hizer Kulumb və Sendi MakKlinin sözlərinə görə, Facebook-dakı səhifədə avqustun 29-da işlə bağlı elanı paylaşandan sonra 3500 nəfər onlara müraciət etmişdi.

"Uaykokomaq həddən gözəl təbiət mənzərəli bir məkandır. Bizə dükanda çalışmağa işçilər gərəkdir. Yüksək maaş vəd etmirik, çünki Keyp Bretonda, ümumiyyətlə, maaşlar yüksək deyil. Lakin hər işçimizə 0,8 hektar ərazi verəcəyik. Bura çox fərqli, gözəl, təkrarsız məkandır. Hamının bir-birini tanıdığı, küçədə uşaq görəndə "Sən kimin övladısan?" soruşduğu, insanların arasında sıx ünsiyyət və xoş münasibətlər olduğu yerdə yaşamaq istəyirsinizsə, buyurun, gəlin", - elanda deyilir.

Dükana üç qadın gərəkdi və onlara kiçik Uaykokomaq kəndində evlər təklif olunurdu.

Sonya Andersen də 10 yaşlı qızı Eva ilə bu kəndə köçüb. Onlar Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Qərbi Vankuveri tərk edərək yeni məkanda məskunlaşıblar.

Uaykokomaq kəndinin 800 sakini var.

Sakit, gözəl kənddə işləmək və yaşamaq istərdiniz? - FOTO

Sizin Reklam Yeriniz