news Image
2012.04.23
12:51
| A A A
Müharibə qorxusu 411 milyard $ qazandırıb

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu-nun (Stockholm International Peace Research Institute-SIPRI) hər il keçirdiyi dünyanın ən böyük 100 müdafiə tenderi şirkətlərinin SIPRI Top 100 siyahısında şirkətlər keçən il 411.1 milyar dollar satış reallaşdırıb.

Siyahıda "Lockheed Martin"-in də olduğu şirkətlərin qlobal silah və hərbi vəsait satışları 2002-ci ildən bu günə qədər 60 faiz artıb.

SIPRI Top 100 siyahısında iştirak edən şirkətlərdən 44-ündə ABŞ yer alıb.Qərbi Avropadan 30 şirkətin iştirak etdiyi siyahıda ilk 10-cu yerlərdə 7 Amerikan, 1 İtalyan, 1 İngilis, 1 də Hollandiya şirkətləri olub.

Siyahıda 1-ci sırada iştirak edən "Lockheed Martın" 2010-cu ildə 35.7 milyard dollar dəyərində silah satışı reallaşdırıb. Bu, şirkət tərəfindən həyata keçirilən endossamentin cəminin (45.8 milyard dollar) 78 faizini təşkil edib.

İkinci sıradakı "BAE Systems" şirkəti isə 32.88 milyard dollarlıq silah satıb və bu rəqəm şirkətin həmin ildə əldə etdiyi endossamentin (34.61 milyard dollar)  95 faizini təşkil etdi.

Siyahının ilk 3-cü yerində olan "Boeingin" şirkətinin 2010-cu il endossamenti 64.31 milyard dollar olub. Bu gəlirin də 49 faizi, yəni 31.36 milyard dolları silah satışlarından əldə olunub.

Ziba Yusifova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs