Əlaqə Arxiv
news Image
2017.08.27
12:36
| A A A
Şok kadrlar: 4 qız 14 yaşlı məktəblini edam etmək istədi - VİDEO - FOTO

4 qız əl-ayağı bağlanmış"qurban"larını cəzalandırmaq fikrinə düşmüşdülər. Onlar 14 yaşlı qızın başını kəsməyə hazırlaşırdılar.

Movqe.az bildirir ki, olay Braziliyanın Qoyas ştatının mərkəzindəki Trinidadi şəhərində yaşanıb. Yaşları 13-16 arasında olan 4 qız eyni məktəbdə oxuduqları 14 yaşlı qızı "başqasının sevgilisinə aşiq olmaqda" suçlayaraq döyüblər. Onlar daha sonra "qurban"larını məktəbin kənarındakı uçuq tikilinin həyətinə aparıblar. Buradakı çuxuru genişləndirən qızlar "məzar" hazırlayıblar və 14 yaşlı qızı öldürərək bu çuxurdu basdırmaq istəyiblər.

Əlində maçete tutmuş 16 yaşlı qızın başçılıq etdiyi dəstənin iki üzvü məzarın üstünü torpaqla örtmək üçün bel gətirməyə gedəndə iki qız 14 yaşlı məktəblini vurmağa, aşağılamağa davam edib.

Başından zərbələr alan zavallı huşunu itirmək səviyyəsində idi. Bu zaman bel dalınca getmiş qızlar yoldaşlarını çağırıblar.

Tək qaldığını görən kimi 14 yaşlı qız qaçıb, ölümdən canını qurtarıb.

Polis 4 qızı həbs edib. Araşdırma aparılır./milli.az/

Sizin Reklam Yeriniz