Əlaqə Arxiv
news Image
2018.08.01
10:49
| A A A
Ürəyi qarnında doğulan qız xilas edildi

Hamiləliyn 20-ci həftəsində olan Keytlin Veyts bətnindəki övladının oğlan və ya qız olduğunu müəyyənləşdirmək üçün ultrasəs müayinəsinə (UZİ) yollananda sonucun onu qorxudacağını bilmirdi.

Həkimlərin diaqnozu çox qorxunc oldu: "Bətninizdəki övladınız anormaldır, onun ürəyi qarnındadır".

Movqe.az mili.az-a istinadən bildirir ki, Keytlin qızını dünyaya gətirdi.

Uşaqda anadangəlmə ürək ektopiyası və ya doğuşdan ürək qüsuru (congenital heart defect, CHD) vardı. Bu xəstəliyə hər 100 min uşaqdan birində təsadüf olunur.

CHD-li uşaqlar arasında ölüm statistikası 95 faizdir. Üstəlik, bu xəstəliyə mübtəla olan uşaqlar doğulandan sonrakı üç gün ərzində vəfat edirlər.

Balaca Kiranın ürəyi sinəsinin aşağısında, faktiki olaraq qarnında idi.

"Belə olacağını ağlımıza da gətirməzdik. Çox çətin idi. Həkimlər qızımızın çox yaşamayacağını deyirdilər. Lakin ruhdan düşmədik və Kira uğrunda mübarizə aparmaq qərarına gəldik", - Keytlin deyir.

ABŞ-ın Şimali Dakota ştatındakı Mandan şəhərində yaşayan ailənin başçısı, mühəndis işləyən Brayan Veytsin sözlərinə görə, əslində onlarda qısamüddətli depressiya vardı.

"Nə edəcəyimizi, qızımızı necə müalicə edəcəyimizi bilmirdik. Kiranın sağlam olacağını da bilmirdik. Lakin qüssəyə qapılmaq, dərdli yaşamaq çıxış yolu deyildi. Bunun üçün də bütün vasitələrə əl atdıq", - Brayan söyləyib.

Kira Minnesota ştatındakı Roçester şəhərində yerləşən Mayo klinikasında doğulmuşdu.

Qız 6 ayında olanda isə Mayo klinikasında balaca Kiranın əməliyyatı ilə bağlı qərar qəbul olunub. Unikal əməliyyatda 60 həkim və tibb bacısı iştirak edib.

Əməliyyat başa çatanda isə Mayo klinikasının rəhbərliyi Kiranı və valideynlərini 600 km uzaqlıqdakı evlərinə maşınla yox, özəl təyyarə ilə yola salıb.

Brayan gülür: "Qızım artıq altı aylığında məxsusi özəl reaktiv təyyarə ilə uçdu. Əsl ulduzlar təki..."

İndi 18 aylıq olan Kiranın ürəyində və qaraciyərində yeni əməliyyatlar aparılmalıdır. Amma həkimlər deyirlər ki, ciddi narahatlığa səbəb yoxdur.

Hər şey yaxşı olacaq.

Sizin Reklam Yeriniz