Əlaqə Arxiv
news Image
2016.11.15
11:09
| A A A
Köhnə divan aldılar, içindən 41 min dollar tapdılar - FOTO

Amerikada maraqlı olay baş verib.

Movqe.az "Milliyet" istinadla bildirir ki, Nyu-Yorkdakı binaların birində kirayə qalan tələbələr evə mebel almaq istəyiblər. Lakin onların yeni mebel almağa pulları çatmayıb. Buna görə də tələbələr işlədilmiş, köhnə divan alıblar.

Onlar divanı aldıqdan bir neçə gün sonra başlarına maraqlı hadisə gəlib. Belə ki, qızlardan biri divanda uzanarkən dirsəyinin bərk cismə toxunduğunu hiss edib. O, qorxaraq divanı açıb. Divanı açan tələbələr şoka düşüblər. Onlar divanın içərisindən 41 min dollar pul tapıblar. Onlar pulların yanında zərf də tapıblar. Zərfin içində pulun miqdarı və hesabına ödənilməli şəxsin adı yazılıb. Tələbələr həmin şəxsi taparaq pulu ona veriblər.

Sizin Reklam Yeriniz