Əlaqə Arxiv
news Image
2018.09.07
16:23
| A A A
Bığ saxlamaq istəyənlər üçün 3 məsləhət

Bığ saxlamaq istəyirsiniz? Sizlərə bu yolda bir neçə məsləhət vermək istəyirik:

1. Özünüzü və imkanlarınızı qiymətləndirin

Məsələ ondadır ki, sizin saçınız necə uzanır. Az saç saxlayan kişilərin daha sadə və nazik bığlara üstünlük vermələri məsləhətdir. Saçınızın rəngi də burda rol oynayır. Tünd rəngli saçlara malik olan kişilərin bığ saxlamaq üçün variantları sarı kişilərdən daha çoxdur.

2. Forma və qulluq

Kişilərin individual görkəmi onlara uyğun bığın olmasını tələb edir. Bığın xarici görkəm ilə harmoniyası mütləqdir. Beləki, ciddi klassik görkəmə malik olan kişilərə daha çox ingilis bığı yaraşardırsa, daha azad görkəmə malik olan kişilər təbii bığlara, misal üçün, şevrona üstünlük verə bilərlər. Bunlarla yanaş unutmayın ki, bığınız nə qədər uzundursa, ona bir o qədər çox qulluq tələb olunur.

3. Kumirini seç

Çox güman ki, hər bir bığ saxlamaq istəyən kişi buna kimdənsə həvəslənib. Bu çox yaxşı bir haldır. Əgər sizin belə kumiriniz yoxdursa, yaxşı olar ki, tapasınız və bığ saxlamaq mədəniyyətinizi daha da inkişaf etdirəsiniz./big.az/

Sizin Reklam Yeriniz