news Image
2016.11.29
21:00
| A A A
Canlı adamın başını meyitə calamaq istəyirlər

Söhbət sağ insanın başını meyitə tikməkdən gedir.

Movqe.az xəbər verir ki, artıq bir neçə belə əməliyyat keçirilib. O cümlədən, italiyalı alim Sercio Kanovero siçan və it üzərində bu təcrübələri edib. Əməliyyatlar nisbətən uğurla başa çatıb. Kanoveronun artıq könüllü pasienti də var. Bu, rusiyalı Valeri Spiridonovdur. O, əlil arabasına məhkum olunmuş bir xəstədir.

Layihənin sponsoru olaraq Feysbukun təsisçisi Mark Sukerberqin adı çəkilir.

Psixoloqlar qeyd ediblər ki, hər bir insanın individuallığı onun beyini ilə müəyyən olunur. Hətta bizim əzələ yaddaşımız basketbol və pianinoda oynamağa yardım edir. Psixoloqlar bu əməliyyatdan sonra insanların əvvəlki kimliyinə malik olmayacağı ilə bağlı həyəcan təbili çalırlar. Psixoloqların sözlərinə görə, bəzi insanlar daha yaxşı bədən quruluşuna malik olmaq üçün də bu əməliyyatlara əl atacaqlar.

Əgər əməliyyat uğurla başa çatarsa, bu, fantastikanın reallaşması deməkdir. Belə ki, "Professor Douelin başı" elmi-fantastik əsərin əsas ideyası reallaşmış olacaqdır.(Deyerler.org)

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs