Əlaqə Arxiv
news Image
2018.03.22
12:20
| A A A
25 möhtəşəm Britaniya romanı - SİYAHI - FOTO

Jane Ciabattari Birləşmiş Krallıqdan xaricdə yaşayan 82 kitab tənqidçisinin rəylərini təhlil edərək Britaniyanın indiyədək yazılmış ən möhtəşəm 25 romanını seçib. Bu reytinqdə onların bəzi qeydləri də verilib.

İndiyədək yazılmış ən möhtəşəm Britaniya romanları nə deməkdir? Bunu kollektiv tənqidlə qiymətləndirmək üçün BBC Culture redaksiyasının ştatdankənar müxbiri Jane Ciabattari Avstraliyadan Zimbabveyə, Beyrutdan Seuladək 82 kitab tənqidçisinin fikrilərini öyrənib.

Bu tənqidçilərin arasında tərəfkeşlik olmasın deyə Britaniya tənqidçiləri yoxdur. Biz tənqidçilərdən ən çox bəyəndikləri 10 əsərin adını verməyi xahiş etmişik. Sonra bu reytinqləri birləşdirib ümümi bir reytinq çıxarmışıq. Bu siyahıya qeyri-bədii, pyes, nağıl və poema (İtirilmiş cənnət və ya Beowulf kimi) janrında olan heç bir əsər daxil edilməyib.

Burada qısa hekayələr topluları (Morte D'Arthur kimi) da yoxdur, yalnız Britaniya yazıçılarının (James Joyce yox) qələmindən çıxmış romanlardan söhbət gedir. Ən möhtəşəm 25 Britaniya romanından:

25. "Ağ Diş" (White Teeth - Zadie Smith, 2000)

Kitab

24 yaşlı Smith ədəbiyyat dünyasını özünün nəhəng genişlik və dərinliyə malik ilk romanı ilə sarsıtmışdı. Bu roman həm Whitbread, həm də Guardian-ın kitab mükafatlarına layiq görülmüşdü. "Ağ diş" romanında söhbət fəhlə sinfinə mənsub iki köhnə dostdan Archie Jones və ailəsi ilə Banqladeşdən gəlmiş müsəlman Samal Iqbaldan gedir.

Onlar 1970-ci illərdə Smith-in özünün böyüdüyü şimal-qərbi Londonda yaşayırlar. Smith özünün "irqi münasibətlərə utopik baxış" kimi qiymətləndirdiyi bu əsərdə çoxmədəniyyətli postmüstımləkə şəhərinin canlı portretini yaradıb.

"Ad və soyadları ilə bir-birlərindən fərqlənən uşaqlar qarşıdurmada idilər. Onların bu fərqli adlarının içində kütləvi köç, miqrantla dolu qayıqlar və təyyarələr, soyuq hava limanlarının gəliş salonları, tibbi yoxlamalar gizlənmişdi" - yazır Smith özünün NW adlı başqa bir romanında. 2012-ci ildə yazılmış bu roman BBC Culture redaksiyasının rəy sorğusunda 54-cü yeri tutmuşdu.

24. "Qızıl dəftər" (The Golden Notebook - Doris Lessing, 1962)

Kitab

Bu Lessing-in üç romanından birincisidir və Nobel mükafatı laureatı Margaret Drabble əsəri "Lessing-in iç dünyası" adlandırıb. Romanın əsas leytmotivi əsərin qəhrəmanı Anna Wulf-un 4 dəftəri ətrafında cərəyan edir.

Anna bu dəftərlərə öz həyatını yazır və şifrələyir. Beşinci dəftər əsərdə "qızıl dəftər" kimi təqdim edilir. Tənqidçi Susan Larson özünün "Lessing-in həyatını oxuyarkən" məqaləsində yazır ki, "bu roman oxucu nəsilləri üçün məhək daşı olub. Mən bu kitabı illər ərzində beş dəfə oxumuşam və onun bugünlə səsləşdiyinə heyran oluram".

Lessing-in "Sağ qalanın xatirələri" (Memoirs of a Survivor) BBC Culture-nın reytinqində 96-cı yeri tutub.

23. "Bəxtsiz Jude" (Jude the Obscure - Thomas Hardy, 1895)

Kitab

Əsərin qəhrəmanı Jude yazıçı Hardy-nin uydurduğu balaca "Wessex" kəndində bənnadır və (Oxfordun modeli üzərində qurulmuş) uydurma Christminister-də klassikanı öyrənir. Lakin 19 ilin içində onun bütün taleyi alt-üst olur.

Əvvəlcə Arabella Don adlı qıza vurulur və evlənir, lakin Arabella başqasına qoşulub qaçır. Sonra əmisi qızı Sue Bridehead-i bir müəllimlə tanış edir. Müəlim Sue ilə evlənir, amma Jude-u sevən qız ərini atıb onun yanına gəlir. Onlar ailə qurub yaşayırlar və iki oğlan uşaqları olur. Amma hər şey faciə ilə bitir.

Jude-un Arabelladan olan böyük oğlu atasının Sue-dan olan iki uşağını öldürüb özü də intihar edir. Barbara Hoffert "Library Journal" məcmuəsində yazırdı: "Qəhrəmanın bütöv bir faciə elə bir yaşda başına gəlir ki, bu yaşda biz hələ həyat yolumuzu müəyyənləşdiririk". Hardy-nin "Casterbridge meri" (The Mayor of Casterbridge) BBC-nin reytinqində 74, onun "Urbervilli Tess" (Tess of the d'Urbervilles) romanı isə 51-ci yeri tutub.

22. "Bicərtdək Tom Jones-un tarixçəsi" (The History of Tom Jones, a Foundling - Henry Fielding, 1749)

Kitab

"Xoşxasiyyət bicbalanın" çox maraqlı, al-əlvan hekayətidir. Tom burada komik obrazdır və həddindən artıq uzun romanda çoxsaylı süjet xətləri bir-birinə qarışıb. Əsər varlı zadəgan Allworthy və onun bacısı Bridget-in təqdimatı ilə başlanır. Bir gün Allworthy Londona boznes ezamiyyətindən qayıdır və çarpayısının üstündə bir çağanın yatdığını görür.

O evin baş qulluqçusu missis Deborah Wilkins-i çağırır. Yaxınlıqdakı kəndi ələk-vələk etikdən sonra missis Wilkins öyrənir ki, uşağın anası Jenny adlı gənc qadındır və o həmin kənddə məktəb direktorunun ev qulluqçusu olub.

Sonra Allworthy uşağın anasını "onun reputasiyasının bilinməyəcəyi" bir məkana yerləşdirir və bacısına söz verir ki, bu uşağı layiqli insan kimi böyüdəcək. Söhbət əlbəttə bicərtdək Tomdan gedirdi.

21. "Qaranlığın ürəyi" (Heart of Darkness - Joseph Conrad, 1899)

Kitab

Bu klassik əsər əsasən yazıçının özünün 1890-cı ildə Konqoda buxar gəmisinin kapitanı olduğu vaxtların təcrübəsindən qaynaqlanır. Tənqidçilər Conrad-ın hər şeydən əvvəl yığcam və ecazkar dilinə heyran qalırlar.

Hətta ona "irqçi yanaşmasına" görə nifrət edən Chinua Achebe etiraf edir ki, Conrad-ın əsərlərində məftunedici nəsə var. Conrad-ın "Nostromo" romanı BBC Culture reytinqində 69-cu olub. Yeri gəlmişkən Conrad ədəbiyyatşünaslıqda Britaniya-Polşa yazıçısı kimi tanınır.

O, 1857-ci ildə hazırkı Ukraynanaın Berdıçev kəndində doğulub və yalnız 1877-ci ildə Rusiya vətəndaşlığını Britaniya vətəndaşlığına dəyişib.

20. "Təlqin" (Persuasion - Jane Austen, 1817)

Kitab

Bu roman 27 yaşlı gənc ingilis qadın Anne Elliot-un hekayətidir. Onun ailəsi borcdan çıxmaq üçün gündəlik xərclərindən qənaət edir və sonda borcdan çıxır. Elə bu vaxt müharibə də qurtarır və sahil matroslarla doludur.

Onların evini bir admiral arvadı ilə birlikdə kirayələyir. Admiralın qayını - gənc dəniz kapitanı Frederick Wentworth hələ 1806-cı ildə Anne-lə nişanlanmışdı.

Amma indi üstündən 7 il keçib. Bu müddətdə onlar nə görşüblər, nə də yazışıblar. Və beləcə bir sevginin ikinci baharı başlayır. "Təlqin" romanının çəkisi və böyük mürəkkəbliyi onu "mütləq oxunmalı kitablar" kateqoriyasına salıb..." - yazır tənqidçi Brett Josef Grubisic "Vancouver Sun" qəzetində.

19. "Emma" (Emma (Jane Austen, 1815)

Kitab

Austen-in sağlığında çap olunmuş son kitabıdır. "Los Angeles Times" və "Washington Post" qəzetlərinin ədəbi tənqidçisi Heller McAlpin yazır ki, bu roman müəllifin "ulduz nümunələrindən" biridir. Austen heç vaxt qoçalmır, yazıb tənqidçi. Romana gəldikdə isə "ağıllı, gözəl və zəngin" Emma Woodhouse ərə getmək barədə düşünmür və lakin özü izdivacla bağlı əhvalata ilişir.

O özünü aradüzəldən kimi aparır Harriet Smith adlı qadını yalandan inandırır ki, birdən birə düz üç kişi onunla evlənmək istəyir. Onların arasında George Knightley adlı birisi də var. Beləcə oyunbazlıq edə-edə onun özü sonunda həmin bu Knightly ilə "mükəmməl səadətini" tapır.

18. "Günün qalıqları" (The Remains of the Day - Kazuo Ishiguro, 1989)

Kitab

İshiguro-nun üçüncü romanı olan bu əsər 1989-cu ildə Man Booker mükafatına layiq görülüb. Əsərdə söhbət Lord Darlington adlı aristokrata eşikağası olan Steven-dən gedir.

Hadisələr İkinci Dünya Müharibəsinin ərəfəsində cərəyan edir. Cənab Darlington elə bir rəsmi adamdır ki, oxucu onun adını hec cür öyrənə bilmir. Lord Darlington özünün malikanəsində Almnaiya siyasətçiləri ilə İngiltərə zadəganlarının görüşlərini təşkil edir. Burada Miss Kenton adlı bir qulluqçu da olub, lakin o sonradan çıxıb gedib, evlənib və uşaq sahibi olub. Lakin bir gün Steven Miss Kentondan məktub alır və ona elə gəlir ki, qadın öz ailə həyatının xoşbəxt olmadığına işarələr edir.

Əvvəllər Steven-lə miss Kenton arasında yaxın, lakin rəsmi münasibətlər olub. Steven qərar gəlir ki, miss Kentona baş çəkib onu xoşbəxt etsin. Maşın kirayələyir, uzun yol qət edib miss Kentonun görüşünə gəlir. Amma burada bəlli olur ki, əslində qadın çox xoşbəxtdir və sevimli ərindən növbəti uşağa hamilədir. Steven öz həyatının mənasızlığını, "günün qalan hissələrinin" gərəksizliyini dərk edir.

Ishiguro-nun "Qoyma ki, çıxıb gedim" adlı başqa bir romanı BBC Culture reytinqində 34-cü olub. Yazıçının özünə gəldikdə isə o 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində okeanoqraf Shizuo Ishiguro-nun ailəsində anadan olub. 1960-cı ildə ailə atanın elmi işi ilə əlaqədar İngiltərəyə köçüb.

17. "Howards Enddəki mülk" (Howards End - EM Forster, 1910)

Kitab

Roman 20-ci əsrin əvvəllərində Briyaniyadakı sinifli cəmiyyətdən bəhs edir.

Bu siniflər üç ailənin timsalında verilib. Bəzi tənqidçilər "Howards Enddəki mülk" romanını Fosterin şah əsəri hesab edirlər. 1998-ci ildə 20-ci əsrin ən yaxşı ingilisdilli kitablarının 100-lüyündə bu roman 38-ci yeri tutub.

Fosterin "Axar-baxarlı otaq" (A Room with a View) BBC Culture reytinqində 32-ci yeri tutub.

16. "Dalğalar" (The Waves - Virginia Woolf, 1931)

Kitab

"Virginia Woolf-un eksperimental "Dalğalar" romanı okeanın özü qədər mürəkkəb və təlatümlüdür" - yazıb tənqidçi Michele Filgate (Salon and The Literary Hub). "Dalğalar" altı personajın soliloqları ilə nəql olunur. Soliloq monoloqdan fərqlidir, çünki o başqalarının eşitməsi üçün nəzərdə tutulmayıb.

EM Forster, TS Eliot, Lytton Strachey, Mary Hutchinson, Thoby Stephen, Vanessa Ball və Woolf-un özünün duyğularını əks etdirən bu soliloqlar sonunda bir-birinə çulğalaşır. Woolf-un "Orlando" romanı BBC reyinqində 65-ci olub.

15. "Günahın yuyulması" (Atonement - Ian McEwan, 2001)

Kitab

McEwan-nın ecazkar romanı 1935-ci ilin yay günündən başlayıb altı onillik davam edir.

Yeniyetmə Briony qaranlıq meşədə zorlanmanın şahidi olur, lakin yanlış olaraq günahsız qonşu oğlana qarşı ifadə verir. Romanın sonrakı mərhələsində müharibə, Dunkirkin təxliyəsi və Londonun bombardmanı var. Lakin Briony bacısını sevən oğlana qarşı yanlış ifadə verib, yəni əslində ona şər atıb və indi günahını yumaq istəyir.

Sonrakı dövr müharibədən sonraya aiddir. Oğlan sağ-salamat qayıdıb gəlib, lakin bacısı varlı Marshall-a ərə getməyə hazırlaşır. Briony səhvini düzətməyə çalışır, lakin bu məqamda bəlli olur bu artıq 70 yaşlarında olan yazıçı Briony-nin uydurmasıdır. Əslində bacısı Cecily bombardman zamanı London metrosunda həlk olub, onun sevgilisi, şərlənmiş Robby isə Dunkirk-də qanqrenadan ölüb. 77 yaşlı yazıçı real həyatdakı günahını təxəyyülü ilə yumaq istəyir.

Tənqidçilərin fikrincə bu o romanlardandır ki, oxuyub qurtardıqdan çox sonralar da əsərin təsirindən çıxa bilmirsən.

14. Clarissa (Samuel Richardson, 1748)

Kitab

Samuel Richardson-nun bu əsəri epistolyar janrda yazılıb. Clarissa Harlow varlanmış burjua ailəsinin ən kiçik qızıdır. O yüksək mənəvi dəyərlərə malikdir və ürəyi təmizdir. Odur ki, özünün vərəsəlik hüquqlarını ailənin başqa üzvlərinə verir.

Əvəzində qardaşı James və bacısı Arabella onu güclə varlı, amma murdar Roger Solmes-ə ərə verməyə çalışrlar. Lakin Clarissa üçün sevgisiz nikah qeyri-mümkündür. Qızın düşdüyü çətin vəziyyətdən zadəgan Lovelace sui-istifadə etməyə çalışır. Onu xilas etmək bahənəsi ilə oğurlayıb fahişəxanaya gətirir.

Lovelace-lə Clarissa arasında barışmaz mübarizə gedir, o qızı zorlayır, bunun mənəvi iztirablarına dözməyən qız həyatını dəyişir. Lovelace isə bütün ömrü boyu xəcalət hissi keçirir və nəhayət dueldə öldürülür.

13. "Yaxşı əsgər" (The Good Soldier - Ford Madox Ford, 1915)

Kitab

Romandakı hadisələr Birinci Dünya Müharibəsinin ərəfəsinə təsadüf edir. Romanın adındakı "yaxşı əsgər" ifadəsi baş qəhrəman Edward Ashburnham-a aiddir. Bu romanda inqilabi yeni üslübdan istifadə olunub. Hadisələri mötəbər olmayan bir hekayəçi danışır. O deyir ki, "bu, dünyanın ən kədərli hekayətidir".

Amma bunun ardınca çoxsaylı sədaqətsizliklər, boşanmalar, dəlilik və intiharlardan söhbət gedir. Ford-un bədii üslubunu bəzən ədəbi impressionizm adlandırılar. Tənqidçilər deyilər ki, roman iki sədaqətsizlik hadisəsi və Ford-un özünün təbəddülatlı həyatı üzərində qurulub. Romanın ilkin adı "Ən qəmli hekayət" olub. Lakin artıq Birinci Dünya Müharibəsi başlandığından naşirlər yazıçıdan zamana uyğun ad seçməyi xahiş ediblər.

O da "qoy "Yaxşı əsgər" olsun deyib. 1998-ci ildə "Modern Library" 100 ən ən yaxşı ingilidsdilli romanların arasında "Yaxşı əsgər" romanına 30-cu yeri verib. 2015-ci ildə BBC 100 ən yaxşı Britaniya romanı arasında ona 13-cü yeri verib.

12. "Min Doqquzyüz Səksən Dörd" (Nineteen Eighty-four - George Orwell, 1949)

Kitab

George Orwell-in bu romanı hökumətin xalq üzərində tam nəzarəti barədədir və tənqidçi Stephen Romei-in sözləri ilə deyilsə, "bu əsər 1949-cu ildə olduğu kimi bu gün də aktualdır və bəlkə daha çox aktualdır".

Əsər böyük siyasi təhlili, nəql gücü və "düşüncə polisindən" tutmuş "Böyük qardaşa" qədər dilə gətirdiyi terminologiya ilə təkrarsızdır. Bu kitab əslində gələcək dünyaya xəbərdarlıq kimi yazılıb. Roman həm də ədəbiyyat tarixində ən orjinal cümlə ilə başlayır: "Soyuq və günəşli aprel günü idi və saatlar 13-ü vururdu..."

Tənqidçi Brett Josef Grubisic yazır ki, indiyədək heç bir əsər avtoritar rejimin qəddarlıq və eybəcərliklərini bu roman kimi təsvir etməyib.

11. "İftixar və xürafat" (Pride and Prejudice - Jane Austen, 1813)

Kitab

Austen-in bu romanı ərə getməmiş beş bacıdan biri olan Elizabeth Bennett-in və mister Darcy-nin hekayətidir.

İlk baxışdan sadə süjeti olan əsər 2 əsrdir ki, oxucularını riqqətə gətirir.

İndiyədək romanın 20 milyon nüsxəsi satılıb. Əsərdə ərə getmək istəyən bacıların da duyğu və düşüncələrinə yer veruilib.

Gəzintilər, rəqs balları, evlənmə təklifləri, toylar və daha nələr...

10. "Qürrə bazarı" (Vanity Fair - William Makepeace Thackeray, 1848)

Kitab

"Thackeray-in təkcə şah əsəri çox nadir hallarda 19-cu əsrin Dickens, Eliot və ya Brontë romanları qədər tərif qazanıb, - yazır tənqidçi Tom Beer (Newsday), - Lakin 1847-1848-ci illərdə qələmə alınmış bu əsərdə ingilis ədəbiyyatının ən böyük antiqərhrəmanı - Becky Sharp, siniflərarası ziddiyyətlərdən doğan süjet, sosial status nərdivanı ilə dırmanma və müasir oxucunun qulağına tanış maliyyə böhranı var".

Tənqidçi Dan Akst isə yazır ki, "Qürrə bazarı" həm öz zamanından bəhs edir, həm də bütün zamanlardan..."

9. "Frankenstein və ya müasir Prometey" (Frankenstein: or, The Modern Prometheus - Mary Shelley, 1818)

Kitab

"Frankenstein və ya müasir Prometey" romanı epistolyar janrda yazılıb, lakin elmi-fantastik romanın ilk nümunələrindən sayılır. Onu həm də qorxulu roman adlandırırlar.

Romanda söhbət alim Victor Frankenstein-in həyat və araşıdırmalarından gedir. O həyatın yaranması sirlərini öyrənir və cansız cismdən canlı yaratmağa nail olur. Lakin onun yaratdığı məxluq idbar və dəhşətlidir. Buna görə də alim öz "əsərindən" imtina edir və yaşayıb-işlədiyi şəhəri tərk edir. Amma hamı tərəfindən nifrət edilən bu adsız məxluq öz xaliqini addım-addım izləyir.

Maraqlıdır ki, müəllif bu böyük romanı yaratmağa başlayanda hələ yeniyetmə yaşlarında idi.

8. David Copperfield (Charles Dickens, 1850)

Kitab

David Copperfield əhəmiyyətli dərəcədə avtobioqrafik əsərdir. Romanın tam adı belədir: "David Copperfield-in şəxsi tarixçəsi, macəraları, təcrübə və müşahidələri".

Bu Dickens-in ilk romanıdır ki, hadisələr birinci şəxsin dilindən nəql olunur. Əsərdə qəhrəman dünyaya gəlməzdən bir neçə ay əvvəl atası vəfat edir və onun 7 yaşı olanda anası qəddar və varlı Edward Murdstone-a ərə gedir. Uşaqla ögey atanınkı ilk gündən tutmur. Anasını itirən və məşəqqətlərə məruz qalan David nənəsinin bacısıgilə qaça bilir.

Atalığın bütün cidd-cəhdlərinə baxmayaraq Davidi ona qaytarmırlar. Bir çox tənqidçilərin fikrinə görə David Copperfield Dickens-in ən güclü romanıdır.

7. "Küləkli təpələr" (Wuthering Heights - Emily Brontë, 1847)

KitabImage copyrightPENGUİN

"Küləkli təpələr" yazıçı və şairə Emily Brontë-nin yeganə romanı və onun ən böyük əsəridir. Burada son dərəcə nümunəvi işlənmiş süjet, eyni zamanda bir neçə nəql edənin olması, kənd həyatına qarışmış sevgi romantizminin təbiət hadisələri ilə yozulması kimi vasitələrdən istifadə edilib. "Küləkli təpələr" erkən Viktoriya dövrünün etalon əsərlərindən sayıla bilər.

Tənqidçi Randon Billings Noble (Los Angeles Review of Books) yazır ki, onu heyran qoyan bu sevgi romanının sevginin hüdudlarını aşa bilməsidir. "Bu bizim qanad açan istəklərimizin altında əbədi qayalıqların olduğunu göstərən bir əsərdir" - yazıb tənqidçi.

6. "Soyuq ev" (Bleak House - Charles Dickens, 1853)

Kitab

"Soyuq ev" romanının süjet xətti Jarndyce and Jarndyce adlı uzunsürən məhkəmə işi barədədir.

Bu proses ona görə başlayıb ki, bir nəfər bir-birilə ziddiyyət təşkil edən vəsiyyətnamələr yazıb. Məhz bu dolaşıq məhkəmə prosesindən istifadə edən Dickens Britaniyanın ədliyyə sisitemini lağa qoyur və tənqid edir. Bu da qeyd edilməlidir ki, yazıçının özü bir vaxtlar məhkəmə icraçısı kimi çalışıb və ona görə də bu sahəni içəridən bilən adam olub.

Lakin hüquqçünaslar bu romanın əslində məsələni şişirtdiyini deyirlər. Necə olursa olsun, Dickens-in bu tənqidləri 1870-ci illərdə məhkəmə sisteminin islahatı ilə başa çatıb.

5. "Jane Eyre" (Jane Eyre - Charlotte Brontë, 1847)

Kitab

"Brontë-nün 1847-ci ildə yazılmış tarixi qotik romantik əsəri öz şərtləri ilə varlı və daha ehtiraslı bir həyat axtaran gənc qadın haqqındadır və ona görə də müasir oxucuların ruhu ilə səsləşir" - yazır Wilda Williams (Library Journal).

Brontë-nün romanı öz kimliyini axtaran, Thornfirld Hall-dəkı mister Rochester-ə güclü şəkildə bağlanan Jane Eyre və onun mürəkkəb əxlaqi seçimləri və bəzən isə emosional vəziyyətləri barədə yazılmış əsərdir. Əsas intriqa isə bundan ibarətdir ki, cənab Rochester evlidir.

4. "Böyük gözləntilər" (Great Expectations - Charles Dickens, 1861)

Kitab

"Charles Dickens ən böyük ingilis romançısıdır və onun "Böyük gözləntilər" romanı ən böyük kitabdır" - yazıb Laurie Hertzel "Minneapolis Star-Tribune" qəzetində, - Bu romanda Dickens klassikasının bütün elementləri var - nadürüst obrazlar, siyasəti qovuran süjet, mənəviyyat və mədəniyyəti qovuran ikinci süjet xətləri, sevgi hekayəti və gözəl bir nəql. Obrazlar - Pip, Joe, Magwitch, Estella və aman Allah miss Havisham unudulmazdırlar".

3. "Missis Dalloway" (Mrs Dalloway - Virginia Woolf, 1925 Dalloway)

Bu yazıçının dörd romanından biridir.

Burada söhbət uydurma kübar qadının müharibədən sonrakı İngiltərədə bir gündə başına gələnlərdən bəhs olunur.

"Virginia Woolf modernizmə nəfəs və həyat verib", yazırdı Mark Sarvas (Bookforum, New York Times Book Review).

2. "Mayaka doğru" (To the Lighthouse - Virginia Woolf, 1927)

Kitab

"İncə, gözəl, məftunedici şəkildə zəkalı və sürəkli" - yazıb bu kitab haqqında Roxana Robinson (The New York Times Book Review). "Modernizməqədərki dövrün şah əsəri. Bu romanın şüur axını həm həyatın axarlığını (uzadılmış bir gün, sıxılmış 10 il) və yaşamın son ucunda sənət uğrunda mübarizəni birləşdirir" - yazır Elizabeth Rosner (San Francisco Chronicle).

"Mən bu kitabı bir neçə dəfə oxumuşam və onun dil zənginliyi özünü daha çox büruzə verməkdə davam edir" - yazır The New York Times qəzetində Carmela Ciuraru. "Bu romanda zamanla, xiffətlə, itki və sənət yanğısı ilə, habelə daxili aləmin şüurluluğunun işıq nuru ilə rəftara müqayisəyə gəlməyəcək ustalıqla yanaşılıb" - yazıb Carolina de Robertis (San Francisco Chronicle).

"Mən bu kitabı hər dəfə oxuduqda dillə qarşılaşmamdan, yaşamla qarşılaşmamdan şoka düşmüşəm" - yazır Krys Lee (Drifting House).

1. Middlemarch (Middlemarch - George Eliot, 1874)

Penguin Classic

Bu roman BBC-nin rəy sorğusunda 42 faizlə qalib gələrək birinci olub.

Bilisrsiniz niyə? "Əsər obrazların və onların münasibətlərinə baxış dərinliyinin keyfiyyətinə görə fərqlənir", - yazırdı "Qaranlıqda rəqs" romanının müəllifi Morris Dickstein. "Eliot-un gözəl təsvir edilmiş kiçik bir emosional detaldan böyük ictimai dəyişikliklərə keçidi həyəcanına görə oxucunun hələ də nəfəsini kəsir" - Fintan O'Toole (The Irish Times).

The Wall Street Journal qəzetindən Sam Sacks isə "Middlemarch" romanını "indiyədək ingilis dilində yazılmış ən böyük sosial və psixoloji roman adlandırır. "Middlemarch" nəhəng və möhkəm strukturu, bu strukturun təbiətinə şübhə ilə birləşdirir" - yazır Vogue jurnalından Megan O'Grady. Bu romanı oxumaq "insanın zəifliyə və kövrəkliyinə tam rəğbətli və ondan əsla təəccüblənməyən bir zəka ilə qarşılaşmaq deməkdir" - deyə qeyd edir "The Australian" məcmuəsindən Geordie Williamson.

"Bu əsər modernizməqədərki İngiltərəni bizim müasir dünyamıza süzdürən böyük bir qum saatıdır" - yazıb "Müasir sıxıntı" (The Modern Predicament) kitabının müəllifi George Scialabba.

Milli.Az

Sizin Reklam Yeriniz