Əlaqə Arxiv
news Image
2018.03.10
18:40
| A A A
Bu qız 9 ildir ki, nə yeyir, nə də içir - FOTO

Efiopiyada 9 ildir ki, yemək yeməyən və su içməyən gənc qız Muluvork Ambav ölkəsində gündəm olub. 18 yaşındakı Ambavı müayinə edən həkimlər da qızın iddiasını dəstəkləyən açıqlamalar verib.
Movqe.az-ın xəbərinə görə, Ambav 5-ci sinifdə oxuyarkən yemək və içməkdən imtina etdiyini iddia edir.
“O gündən bu yana heç nə yemirəm. Ən son xatırladığım şey günorta yeməyimdir”, - deyən Ambav Niyə yeməkdən imtina etdin sualına isə “İştaham yoxdur” cavabını verib. Ambavın heç bir sağlamlıq problemi yoxdur.
Qohumları indiyə qədər Ambavın bir şey yediyini və içdiyini, hətta tualetə belə getdiyini görmədiklərini bildiriblər.
Mövzunun sosial şəbəkələrdə və mediada gündəm olduqdan sonra qızı müayinə etməyə qərar verən həkimlər belə deyiblər: “Tibbi baxımdan yanaşsaq, bir insanın yemək yemədən, su içmədən yaşaması qeyri-mümkündür. Çünki insanın bütün orqanları enerjiyə möhtacdır”.
Qan testində də hər şeyin normal çıxdığını bildirən həkimlər bir müddət sonra qan dəyərlərinin düşəcəyini və bunun beyinə və digər orqanlara zərər verəcəyini söyləyir.
Qızın bədənindəki yaşamaq üçün ehtiyacı olan bütün kimyəvi maddələr kafi miqdardadır. Son bir neçə gün və ya həftə içərisində yemək yediyinə, ya da bir şey içdiyinə dair bədənində ən kiçik bir tapıntıya rast gəlinməyib. Tək həkimlər yox, xəstəxanadakı bütün səhiyyə işçiləri də testin nəticələrinə çaşbaş qalıb.
Qeyd edək ki, zaman-zaman dünyanın fərqli bölgələrində bir şey yemədən və içmədən yaşadığını irəli sürənlər olub. Hətta yalnız günəş işığı və təmiz hava ilə qidalandığı iddia edənlər "Breatharianizm" adında bir axın meydana gətirib.
“Breatharianizm”in qabaqcılı olaraq qəbul edilən Ellen Grevedən təsirlənən çox sayda insan isə bu axın səbəbi ilə aclıqdan ölüb./publika.az/

Sizin Reklam Yeriniz