Əlaqə Arxiv
news Image
2018.08.03
21:00
| A A A
Cəzalandırmaq üçün 8 balasını gözləri qarşısında öldürdü - FOTO

Hindistanda bir qadının törətdiyi əməl bütün ölkəni dəhşətə gətirib. Hadisə Krişnanaqar şəhərində baş verib. Məlum olduğu kimi Hindistan sahibsiz heyvanların çoxluq təşkil etdiyi ölkələr sırasına daxildir.

4 yaşlı it 8 bala dünyaya gətirərkən xilas üçün qadının həyətinə gəlib. Qadın isə itin balalarını götürərək böyük daşlara və yerə çırpıb, daha sonra cəsədlərini atıb. Hadisə ana itin gözləri qarşısında baş verib. Movqe.az milli.az-a istinadla   xəbər verir ki, Ammu ləqəbli it hər vasitə ilə qəddar qadını dayandırmağa çalışıb, dəhşətli hadisə törədildikdən sonra isə heç olmasa birini xilas etmək ümidi ilə bir balasının yanından digərinə tərəf sürünüb.

Qadın bunu itin bir daha həyətinə gəlməməsi üçün cəza olaraq həyata keçirdiyini söyləyib.

Cinayət barədə xəbər polisə də çatıb və qadın həbs olunub. Ana it balalarının sağ qaldığını düşünərək onların cəsədlərini qazaraq çıxarıb.

Qadının günahı sübuta yetiriləcəyi təqdirdə onu 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sizin Reklam Yeriniz