Əlaqə Arxiv
news Image
2012.04.24
14:41
| A A A
Müəmmalı 11 metrlik məxluqlar
Ovçuların sözlərinə görə, onlar boz-qəhvəyi rəngli bədənə və uzun boyuna malikdirlər

Onlar bildirirlər ki, cəngəlliklərdə dəfələrlə bizim dinozavr təsəvvür etdiyimiz canlıya bənzər məxluq görüblər. Özü də bir yox, çoxlu sayda. Boylarının hündürlüyü təqribən 11 metrə çatır. Bu canlılar Konqo çayı sahillərindəki mağaraların yaxınlığında meşələrdə yaşayırlar. Sözügedən rayonda tapılmış sümüklərə və digər sübutlara əsasən demək olar ki, dinozavra bənzəyən canlılar fil, timsah və begemotlarla qidalanırlar.

Amerikalı tədqiqatçılar Mokele-mbebenin mövcudluğu haqda yerli sakinlərin dediklərini yoxlamaq üçün Afrika cəngəlliklərinə ekspedisiya göndərmək istəyirlər. Dinozavrların mümkün qohumlarının aşkar edilməsi və tədqiqi üzrə ekspedisiya cari ilin iyun ayına nəzərdə tutulub.

Ekspedisiya təşkilatçılarından biri Stiven MakKulla vurğulayır ki, uzaq Afrika cəngəlliklərinə səfərin məqsədi naməlum flora və fauna nümayəndələrinin mövcudolma faktını sənədləşdirməkdir. "Biz şahidlərdən belə məlumatlar almışıq ki, regionda it böyüklükdə hörümçəklər və böyük dinozavrlar vardır. Özümüzün ilk səfərimizdə biz Mokele-mbebeyə rast gəlməsək də, hesab edirik ki, üç ay ərzində bu regionda yaşayan canlıların ciddi izlərini aşkar edə bilərik"- MakKulla qeyd edib.

"İndi öz ekspedisiyamızda iri canlıların tutulması üçün hansı avadanlıqdan istifadə etmək barədə fikirləşirik. Yatızdırıcı ilə doldurulmuş tüfəng götürmək istəsək də, ancaq mübahisəli bir məsələ qalır - bu cür vasitədən Mokele-mbebe kimi canlını vurmağa dəyərmi?"- MakKulla bildirib.

Sizin Reklam Yeriniz