Əlaqə Arxiv
news Image
2012.04.24
14:47
| A A A
Səsli vintaçan

Dandi Universitetindən olan tədqiqatçılar səsli vintaçan hazırlayıblar. Əlbəttə, onunla vintləri açmaq mümkün olmasa da, təbabətdə, məsələn, cərrahiyyə əməliyyatları vaxtı istifadə ediləcək.

Alimlərin hazırladığı cihaz ultrasəs dalğaları vasitəsilə içərisində su olan silindrə salınmış 10 santimetrlik rezin diski yuxarı qaldıra və fırlaya bilir. Mütəxəssislər eksperimentin gedişində ultrasəs transduktordan istifadə edərək 1 min elementdən fırtınalı axın yaratmışlar. Bu axınlar 90 qramlıq rezin diski saxlamağa və fırlatmağa kifayət etmişdir.

Sizin Reklam Yeriniz