Əlaqə Arxiv
news Image
2017.01.13
20:28
| A A A
Kilsədə çəkdikləri film ilə gündəmdən düşmürlər

Hollandiyanın Tilburq şəhərindəki tarixi St. Jozef kilsəsinin tövbə kabinində çəkilən pornofilmi ödənişli telekanallardan birində yayımlandıqdan sonra ara qarışıb.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, kilsə filmin prodüserləri haqqında iddia açmağa hazırlaşır.

Filmin nə vaxt çəkildiyini bilmədiyini söyləyən rahib, kilsənin gündə yalnız bir neçə saat açıq qaldığını deyib.

"İçəri necə girdilər, bilmirəm. Bura pornofilm çəkiləcək yerdirmi?" - deyən rahib van Noorvegen prodüserlər haqqında cinayət iddiasının qaldırılması üçün Kilsə Şurası ilə görüşəcəyini açıqlayıb.

Filmin yayımlandığı "Meiden Van Holland" (Hollandiyanın Qızları) adlı şifrəli telekanalın sahibi - pornoulduz Kim Holland üzr istəyib.

Holland kilsədə çəkilən pornofilmin də yayımdan qaldırıldığını bildirib.

Sizin Reklam Yeriniz