Əlaqə Arxiv
news Image
2017.01.17
20:33
| A A A
Tarixdə bu gün nə baş verib

 

1994-cü il. Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun Horadiz qəsəbəsini və Araz çayı boyunca bir neçə kəndi ermənilərin işğalından azad ediblər.

1926-cı il. Tanınmış Azərbaycan şairəsi, Əməkdar İncəsənət Xadimi Mədinə Gülgünün (1926-1992) doğum günüdür. M.Gülgün 1938-ci ildə ailəsi ilə birlikdə Ərdəbil şəhərinə köçüb. Cənubi Azərbaycanın milli azadlığı və demokratiya uğrunda hərəkatın (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Azərbaycana qayıdıb. Vətən sevgisi mövzusunda şeir və poemaların müəllifidir.

1991-ci il. Fars körfəzində dislokasiya olunmuş çoxmillətli qüvvələr Küveytin azad edilməsi üzrə “Səhrada tufan” əməliyyatına başlayıblar. Uzunmüddətli aviasiya zərbələrindən və çoxmillətli qüvvələrin qoşunlarının bir neçə gün davam edən yerüstü əməliyyatından sonra tam və qəti qələbə qazanılıb. İraq Küveyti azad etmək və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı bütün qətnamələrini tanımaq məcburiyyətində qalıb.

1706-cı il. Amerika alimi, jurnalist, siyasi xadim Bencamin Franklin (1706-1790) anadan olub. O, müstəqil dövlət kimi Amerikanın əsasını qoyanlar arasında yeganə şəxsiyyətdir ki, bu ölkənin təməlində duran üç mühüm sənədi – Müstəqillik Bəyannaməsini, ABŞ Konstitusiyasını və Şimali Amerikada 13 müstəmləkənin Britaniyadan müstəqilliyi uğrunda müharibəni formal surətdə başa çatdıran 1783-cü il tarixli Versal sülh müqaviləsini imzalayıb.

1942-ci il. Amerika boksçusu, dünya boksu tarixində ən tanınmış idmançılardan biri, yarımağır çəkidə Olimpiya çempionu, üçqat dünya çempionu Məhəmməd Əlinin (1942-2016) doğum günüdür. M.Əli idman karyerası başa çatandan sonra ictimai və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub, UNESCO-nun xoşməramlı səfiri missiyasını yerinə yetirib.

publika.az

 

Sizin Reklam Yeriniz