Əlaqə Arxiv
news Image
2017.01.23
21:00
| A A A
Bənövşəyi plov

Tərkibi: 

0,5 qırmızı kələm
2 st. düyü 
2 x.q. kərə yağı
1 armudu st. quşüzümü
1 armudu stəkan badam
1 st. toyuq bulyonu
1 ç.q. duz

Düyünü isladın. Kələmin yarısını qazana qoyub üzərinə çıxınca su tökün. Qaynadın. Sudan çıxarıb nazik doğrayın. 

Tavada kərə yağını əridin. Öncə badamı, sonra quşüzümünü qovurun. Kələmlə düyünü əlavə edib 2 dəqiqə qovurduqdan sonra 3 st. kələm suyu (qaynatdığınız) və toyuq bulyonunu əlavə edib iti odda bişirin. Qaynara  düşəndən sonra duzunu qatıb ocağı azaldın. Suyunu çəkəndə ocaqdan götürün. Plovu qarışdırıb, qazanın qapağını örtün. Üzərinə qalın dəsmal çəkib 30 dəqiqə dəmləyin. 

Nuş olsun!

Milli.Az 

Sizin Reklam Yeriniz