Əlaqə Arxiv
news Image
2017.01.27
15:12
| A A A
Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR

Planetin ən nüfuzlu insanlarını kim ruhlandırır?

Belə qəbul olunub ki, milyarderlərin həyat yoldaşları uzunayaqlı, incəbelli, ideal bədən quruluşuna malik gözəllər olmalıdır. Onların əsas “vəzifəsi” isə nüfuzlu ərləri üçün gəncliyini və cəlbediciliyini qoruyub saxlanmaqdan ibarətdir. Amma bu, həqiqətənmi belədir?
Movqe.az Publika.az-a istinadən bu yazıda oxucuları dünyanın ən varlı kişilərinin həyat yoldaşları ilə tanış edib.

Donald Tramp - sərvəti 3,7 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



ABŞ-ın yeni prezidenti Donald Tramp dünyanın ən nüfuzlu iş adamlarından və şoumenlərindən biridir. Belə ki, Tramp vaxtilə "Namizəd" televiziya şousunun aparıcısı olub, müxtəlif telelayihələrdə və filmlərdə iştirak edib, eləcə də "Kainat Gözəli" müsabiqəsinin əsas təşkilatçısı kimi yadda qalıb. Prezident qadın gözəlliyinin bilicisidir desək, şişirtmərik. Çünki milyarderin hər üç həyat yoldaşı dünyanın ən gözəl modelləri olub. Trampın sonuncu məhəbbəti, daha dəqiq desək, ABŞ-ın birinci xanımı Melaniya Knauss əslən Sloveniyadan olan keçmiş modeldir. Mənbələrin sözlərinə görə, model milyarderin tanışlıq təklifini əvvəlcə qəti sürətdə rədd edib, sonra isə iş adamı gözəlçədə ciddi maraq doğurub. Donald Melaniyanın qəlbini qazanır, ona evlilik təklif edir və özünə dəbdəbəli toy çaldırır. Yeri gəlmişkən qeyd edək ki, toyda qonaqların çox hissəsini ulduzlar təşkil edib. Gəlinin libasını isə dünya şöhrətli dizayner Con Qalyano tikib. Donald Tramp məhz Melaniya ilə evləndikdən sonra siyasi karyerası haqqında düşünməyə başlayıb və nəticədə ABŞ prezidenti olub.

Fransua-Anri Pino - sərvəti 15 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



15 milyard dollarlıq sərvətə sahib olan Fransua-Anri Pino Salma Hayekin ehtiraslı gözəlliyi ilə tanış olana qədər Linda Evangelista ilə görüşüb və onu hamilə halda tərk edib. “Kering” şirkətinin baş direktoru modeldən olan oğlunu qəbul etmir, amma məhkəmə ona alimenti ödəməyə məcbur qoyub. Salma Hayekə bir könüldən min könülə aşiq olan iş adamı aktrisaya dərhal evlilik təklifi edib. Cütlüyün Valentina adlı bir qızı var.

Stiv Cobs - sərvəti 20,1 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



“Apple” şirkətinin yaradıcısı Stiv Cobs vəfat etdikdən sonra onun 20 milyard dollarlıq sərvəti həyat yoldaşı Loren Pauellə miras qalıb. 2015-ci ildə Loren Pauell dünyada ən zəngin dul adlandırılıb.
Loren və “Apple” şirkətinin rəhbəri Stiv Cobs 20 ildən artıq nikahda yaşayıb və üç uşaq böyüdüblər. Onların uzunömürlü, uğurlu evliliyinin əsas sirri - demokratiya, bərabərlik və qarşılıqlı hörmət hissinə söykənən nikah müqaviləsi olub.
Hər ikisi buddizm fəlsəfəsinə itaət edib. Qeyd edək ki, onların nikahı buddist ənənələri əsasında bağlanıb. Lakin bir neçə il əvvəl kompüter dahisinin sevimli qadını KİV tərəfindən sərt tənqidə məruz qalıb. Ona görə ki, Loren ərinin ölümündən cəmi bir il sonra köhnə ailə dostu, eləcə də Vaşinqtonun eks-meri 44 yaşlı Edrian Fenti ilə görüşməyə başlayıb.

Ceff Bezos - sərvəti 40 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



Ceff Bezos “Amazon” şirkətinin banisidir, həyat yoldaşı Makkenzini sağ əli adlandırır. 40 milyard dollar sərvətin sahibi özünü həyat yoldaşı olmadan tamamilə köməksiz hiss edir. Belə ki, Ceffin qarderobu, qida rasionu və digər məişət problemləri ilə Makkenzi şəxsən məşğul olur, əri hətta dünyanın o biri başında olsa belə onu hər gün telefonla motivasiya etməyə və dəstəkləməyə çalışır.

Ceyms Paker - sərvəti 4,7 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



Müğənni Meray Keri kifayət qədər pul qazanan dünya ulduzlarından biridir. Buna baxmayaraq, Nik Kennonla uğursuz nikahdan sonra meylini avstraliyalı milyarderə salır. Parker öz səxavətiylə şöhrətlənir. Belə ki, milyarder müğənniyə 7 milyon dollarlıq brilyant qaşlı üzüklə evlilik təklif edir, ona bahalı hədiyyələr alır, hətta özəl təyyarələrində gəzdirir. Lakin cütlüyün münasibətləri çox davam edə bilmir. Alış-verişə ayda milyon dollar xərcləyən müğənninin bədxərc olması hətta milyarderi də qorxudur.

Roman Abramoviç - sərvəti 8 milyard
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



Seçilmiş ən məşhur rusiyalı oliqarx - Roman Abramoviçin arvadı onun həyatında mühüm yer tutur. Oliqarx sevgilisi Darya Jukovanı demək olar ki, həmişə və hər yerdə müşayiət edir. Öz sevgilisini bütün dünyaya nümayiş etdirməkdən zövq alan Abramoviç bununla sübut etməyə çalışır ki, oliqarxlar da sevə bilər. Roman Abromoviç həyat yoldaşının təsiri altında incəsənətlə maraqlanmağa başlayır və beləcə mətbuatın diqqət mərkəzində olan iş adamlarından birinə çevrilir.
2005-ci ildə tanış olan Abramoviç və Jukova cütlüyü nikah masasına 2012-ci ildə oturub. Cütlüyün 2009-cu ildə Aaron adlı oğlu, 2013-cü ildə isə Leyu adlı qızları dünyaya gəlib. Yeri gəlmişkən qeyd edək ki, Darya Jukova milyarderin üçüncü həyat yoldaşıdır. R.Abromoviçin əvvəlki nikahından 5 uşağı daha var.

Antuan Arno - sərvəti 21 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



Rusiyalı top-model Natalya Vodyanova ingiltərəli oliqarxla boşandıqdan sonra Antuan Arno ilə görüşməyə başlayır. Cazibədar modelin hazırkı tərəfmüqabili də dünyanın ən zəngin kişilərindən biridir. “Givenchy”, “Louis Vuitton”, “Chaumet”, “Hennessy”, “Kenzo”, “Guerlain” və s. ticarət markalarının birləşdiyi “LVMH” konserni Antuan Arnonun atası Bernar Arnoya məxsusdur. "Forbes" jurnalının qiymətləndirməsinə görə, Bernar Arno planetin ən varlı adamlarının siyahısında dördüncü yerdədir. Antuan Arno "Louis Vuitton" brendinin kommunikasiya şöbəsinə başçılıq edir, eyni zamanda, kişi ayaqqabıları, lüks və eksklüziv aksessuarlar istehsal edən "Berluti" şirkətinin baş meneceridir.
Yeri gəlmişkən, Natalyanın ilk nikahından 3, Antuanla münasibətindən isə 2 oğlu var. Natalya dünyanın ən dövlətli kişiləri ilə görüşməsinə baxmayaraq, modellik karyerasından imtina etməyib. O, çəkildiyi reklamlardan kifayət qədər böyük pullar qazanır.

Bill Qeyts - sərvəti 70 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



Bill Qeyts 1996-ci ildən 2007-ci ilədək planetin ən zəngin adamı sayılırdı, onun sərvəti 50 milyard dollar həcmində qiymətləndirilirdi. Dünya maliyyə böhranı yaşayanda Bil Qeyts sərəvinin 10 faizini itirərək bir-iki pillə geriləyib, amma hələ də dünyanın ən varlı adamlarının siyahısına daxil edilir. “Microsoft” şirkətinin banisinin bugünkü sərvəti 70 milyard dollardır. Billin həyat yoldaşı Melinda Xeyriyyə Fondunun həmsədridir və xeyriyyəçiliklə fəal məşğul olur. Cütlüyün çoxlu sayda ümumi maraqları və üç övladı var.

Əlişir Usmanov - sərvəti 18 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



“Metalloinsvesta” şirkətinin rəhbəri Əlişir Usmanov əvvəllər “Forbes” jurnalının reytinqdə Rusiya üzrə 18 milyard dollar sərvəti ilə ilk pillədə dayanırdı. Əslən özbək olan milyarder bədii gimnastika üzrə əfsanəvi məşqçi İrina Vinerlə evlidir. Məhz onun rəhbərliyi altında Leysan Utyaşeva, Alina Kabayeva, İrina Çaşina, Yevgeniya Kanayeva kimi idmançılar qalib gəlib. Rusiya mətbuatının yazdığına görə, Əlişir Usmanov 1992-ci ildə həbsxanada olan zaman İrinaya evlilik təklif edib. O vaxtdan bəri məşqçi və nüfuzlu iş adamının ittifaqı ən güclü nikahlardan sayılır. Usmanov İrinanın birinci nikahından olan oğluna atalıq edir. Cütlüyün övladı yoxdur.

Aleksandr Lebedev - sərvəti 2 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



Cazibədar modellə milyarderin məhəbbət tarixçəsi bir çox cəhətdən olduqca maraqlıdır. Belə ki, uğurlu iş adamı və “ZAO NRK”-nin direktorlar şurasının sədri Yelenanı rəsmən narkomafiyanın əlindən qurtarıb. Cütlük arasında 25 il yaş fərqi olmasına baxmayaraq, möcüzəli xilasdan sonra Aleksandr Lebedev videokliplərin qəhrəmanı və "playboy" jurnallarının ulduzuna evlilik təklif edib.
Cütlüyün 2 oğlu, 1 qızı var. 3 uşaq anası olan 29 yaşlı Yelena bu gün Londonda dünyanın ən məşhur dəb ilahələrindən biri hesab olunur. Qüsursuz zövqə malik stil ikonası moda nümayişlərinin çox sevilən qonağıdır.

Larri Ellinson - sərvəti 50 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



Larri kompüter dahisi Bill Qeytsin əziz dostu, eləcə də “Oracle” korporasiyasının yaradıcılarından biridir. İş adamı 50 milyard dollar həcmində kapitala malikdir. 70 yaşlı biznesmen 4 dəfə evli olub. Onun yeni sevdası isə Ukrayna vətəndaşı olan Nikita Kandır. Milyarder sevgilisinə restoran hədiyyə edib və şərəfinə onun adını qoyub. Larri deyir ki, onun hissləri ciddidir, Nikita isə onun həyatının əsas məhəbbətidir.

Mark Zukerberq - sərvəti 40 milyard dollar
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



“Facebook” sosial şəbəkəsinin banisi Mark Zukerberq 40 milyard dollarlıq kapitalla dünyanın ən gənc milyarderlərindən biri sayılır. Xəyanət və şorgözlük Marka tamamilə yad xüsusiyyətlədir. O, tələbəlik illərindən aşiq olduğu Prisçipilla Çanla evlidir. Cütlüyün bir qızı var.

Maykl Dell - sərvəti 18,6 milyard
 

Dünyanı idarə edən milyarderlərin həyat yoldaşları - FOTOLAR



Syuzan o qədər də gözəl xanım olmamasına baxmayaraq, “Dell Computers” şirkətinin yaradıcısı və baş direktoru olan Maykl Dellin qəlbini ilk baxışdan fəth edə bilib. İş adamı obyekt almaq üçün daşınmaz əmlak şirkətinə müraicət edəndə sarışın xanım ona yoldaşlıq edib. Bu iş görüşü sonradan məhəbbətə çevrilib. Maykl Syuzuzana o qədər valeh olur ki, sazişi müzakirə etmək üçün onu yenidən görüşə çağırıb. Bir il sonra isə Dell qıza evlilik təklif edib.

Sizin Reklam Yeriniz