Əlaqə Arxiv
news Image
2017.01.28
16:00
| A A A
Daşkəsəndə dələduz qadınla bağlı cinayət işi başlandı

Daşkəsəndə dələduzluq edən qadınla bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının bir qrup sakinin müraciəti əsasında həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini İlhamə Bayramovanın 2016-cı ilin aprel-oktyabr ayları ərzində həmyerliləri Xudayar Ələkbərovu, Aybəniz Vəliyevanı, Rüfət Məmmədovu və Nüşabə Məmmədovanı aldadaraq onlardan ümumilikdə 6500 manat və 2000 dollar pul, habelə qızıl əşyalar alması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Sizin Reklam Yeriniz