Əlaqə Arxiv
news Image
2017.02.03
19:30
| A A A
Tarixdə bu gün nələr baş verib?

2014-cü il. Bakıda Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar və pedaqoq, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsi açılıb. Mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

2004-cü il. Prezident İlham Əliyevin iştirakı ilə “Gülüstan” sarayında Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan maliyyələşmə paketi 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədini əhatə edib.

1995-ci il. Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul edilib.

1924-cü il. Bakıda tramvay xətti istifadəyə verilib. 2002-ci ildə ölkədə dəmiryol nəqliyyatının bu vasitəsi ləğv olunub.

publika.az

Sizin Reklam Yeriniz