Əlaqə Arxiv
news Image
2018.10.30
18:00
| A A A
Bir stəkan kolanı unitazın içinə tökün və görün

Evdə təmizlik işləri görmək çox vaxt aparır. Ona görə də bəzən xanımlar bu işi həftə sonlarına saxlayırlar. Lakin artıq buna ehtiyac yoxdur.
Sizə vaxt sərf edərək evdə görə biləcəyiniz təmizlik işləri barədə praktik məlumatları təqdim edir.
Paltarların tez quruması üçün...
Paltar qurutma maşınınız yoxdursa və paltarlarınızın tez qurumasını istəyirsinizsə, sizə kiçik bir ipucumuz var. Yaş paltarları quru dəsmalın içinə yerləşdirin və rulon şəklində sarıyın. Yaş  paltar dəsmalın içində olmalıdır. Sonra dəsmalı yaxşıca bükərək suyunu sıxın. Paltar suyu tam çəkdikdən sonra onu çıxardın və tamamilə quruması üçün asın.
Unitazdakı ləkələri asanlıqla təmizləyin

Bir stəkan kolanı unitazın içinə tökün və gecə boyu saxlayın. Sonra sabunlu su ilə yuyub sifonu çəkin.
Tıxanmış boruları belə açın

Mətbəx və ya vanna boruları tıxanıbsa, çox praktik bir yolla öhdəsindən gələ bilərsiniz. Su borusuna bir dəqiqəyə qədər isti su boşaldın və sonra 1 stəkan karbonatı (soda) borunun olduğu yerə səpin. Yavaşca 1 stəkan sirkəni də boşaltıqdan sonra da bir dəfə qaynar suyla təmizləyin.
Duş başlığı necə təmizlənir?
Duş başlığını təmizləmək üçün bir plastik qabın içinə alma sirkəsi tökün və duş başlığını onun içinə yerləşdirin. Bütün gecə sirkədə saxlayın. Çıxartdıqdan sonra yeni kimi görünəcəyinin fərqinə varacaqsınız.
Tozsoranla itən kiçik əşyaları tapın
Evinizi tozsoranla təmizləyərkən itən kiçik əşyalarınız, aksessuarlarınız və ya pulunuzun zibilə qarışmasını istəməzsiniz. Bunun qarşısını almaq üçün süpürgənin ucuna kapron corab keçirin və tozsoranlamağa başlayın. Ara-sıra nəzarət edərək təmizliyə davam edə bilərsiniz.
Lent.Az

Sizin Reklam Yeriniz