Əlaqə Arxiv
news Image
2013.02.01
15:20
| A A A
Muzeyin siyirtməsindən çıxdı
Movqe.Az bildirir ki, Tədqiqatçılar, 165 milyon illik delfin şəklində krokodil sinfinə aid nəhəng bir qalıq tapıblar. Ancaq qalığın tapıldığı yer bir qazıntı sahəsi deyil, muzeydir. Qədim canlının qalığına aid parça Şotlandiyadakı muzeyin siyirtməsindən tapılıb. Timsah qalığına "Tyrannoneustes lythrodectikos" adı verilib. Nəhəng və vəhşi olduğu bildirilən qədim timsah, "suları qana bulayan üzgüçü" kimi xarakterizə edilib. Uzun illər siyirtmədə unudulan qalıq haqqında "Live Science" saytına məlumat verən İngiltərənin "Southampton" Universitetinin palentoloqu Mark Younq, "Tyrannoneustes, 165 milyon il əvvəl yaşamış, delfinə bənzər bir canlı idi." deyib. Younq, antik timsahın "uzun bir buruna, geniş üzgəclərə və üzgəcə bənzəyən bir quyruğa sahib olduğunu" qeyd edib. Alt hissəsi üst hissəsindən daha geniş olan quyruğu, bu xüsusiyyətinə görə müasir köpək balıqlarının quyruğuna bənzəyib. Elm adamları, "Tyrannoneustes"in nə qədər böyük olduğu mövzusunda əmin olmasa da, alt çənəsinin sağ tərəfinin ən az 67 santimetr uzunluğunda olduğunu güman edirlər.



Sizin Reklam Yeriniz