Əlaqə Arxiv
news Image
2017.02.24
11:47
| A A A
3 əsr qabaq ölən, amma hələ də yaşayan ölülər və onlara QULLUQ EDƏN QADIN: dəhşətli SİRR

Çexiyanın Brno şəhərində sərdabə kimi tikilidəki məzarlığın sirləri əsrlərdir tapılmır.

Movqe.az xəbər verir ki, bu məzarlıqlarda mumiyalanmış cəsədlər əsrlərdir olduqları kimi uzanaraq qalıblar.

Turistlərin ən çox maraq göstərdiyi yerlərdən olan bu məzarlığı bir qadın hər gün təmizləyir və o, demək olar ki, hər gün turistlərin eyni sualı ilə qarşılaşır: “Təkbaşına bu ölülərin arasında işləməkdən qorxmursunuz?”.
Çünki bu məzarlıq bir çox insanı dəhşətə gətirir.

Lakin təmizliyə baxan qadın qarşılaşdığı suala hər dəfə “əvvəllər qorxurdum, amma sonradan vərdiş elədim” cavabını verir.

Çexiyalı arxeoloqlar keçmişdə mumiyalanmış ölülərin 200-ə qədər olduğunu, lakin indiyə qədər cəmi 24-nün qaldığını deyir.

Ehtimallara görə, bu məzarlıqlar XVIII əsrə aiddir. Həmin dövrlərdə keşişlər və köməkçiləri ölərkən, onları mumiyalayaraq, belə sərdabələrdə basdırarmışlar. Lakin indiyə qədər bu ölülərin sirri tam açılmayıb. Ən maraqlısı isə bu məzarlığın bir neçə il öncə tapılmasıdır. Həmin vaxta qədər məzarlıq yerin altında olub, üç əsr öncə ölən insanların sümükləri isə tam çürüməyib. Məzarlığın tapılmayan əsas sirri də budur.

publika.az

Sizin Reklam Yeriniz