Əlaqə Arxiv
news Image
2017.09.12
13:47
| A A A
Dünyanın ən bahalı qidaları - SİYAHI

Bu qidalar qiymətləri ilə əl yandırır. Kimisi dünyada yalnız bir fermada istehsal edilir, kimisi isə yalnız ildə 7 gün yetişir. Dünyanın ən bahalı qidaları ilə tanış olaq:

1. Qaranquş yuvası şorbası
Qaranquş yuvası tamamilə, qaranquş salyasından hazırlanır. Bu quşların yuvası Çin mətbəxində bahalı bir yeməyə çevrilmişdir. Şorbanın kilosu 3 min dollardır.

2. Ayam Cemani (Qara Toyuq)
Ayam Cemani toyuğu İndoneziyada yetişir və o qədər azdır ki, ölkədə dənəsi 200 dollardan satılır. Ölkə xaricinə çıxdığında qiyməti minlərlə dolları keçir.

3. Maral pendiri
Dünyada yalnız İsveçdə bir fermada istehsal olunan, maral südündən əldə edilən bu pendirin kilosu min dollar ətrafındadır.

4. Kopi Luwak qəhvəsi
Dünyanın ən bahalı qəhvəsi olan Kopi Luwak qəhvəsi İndoneziya, Filippin və Cənubi Hindistanda yetişir; kilosu 250 dollar ilə min 200 dollar arasında dəyişir.

5. Ağ kürü
Albino mersin balığı yumurtasının çəkisi 9 min 100 dollardır.

6. Kobe bifteyki
Yaponiyanın Wagyu bölgəsinə xas olan Kobe bifteyki dünyanın ən ləzzətli və ən bahalı ətlərindən biridir. Bu ətin kilosu 450 dollardır.

7. Zəfəran
İldə yalnız payız ayının 7 günündə böyüyən zəfəranın qiyməti 400 və 1000 dollar arasında dəyişir.

8. Ağ yer göbələyi
Bu göbələklərin böyüməsi və saxlanması üçün xüsusi şərtlər və metodlar lazım olduğu üçün Avropada qiyməti 2 min 100 dollardır.

9. İber vetçinası
İber yarımadasında xüsusi bir donuz növündən hazırlanan vetçinanın qiyməti təxminən 392 dollardır.

10. Matsutake göbələyi
Yaponiyaya xas, nadir tapılan matsutake göbələyinin kilosu 600 dollardır.

 

Xatun.az

Sizin Reklam Yeriniz