Əlaqə Arxiv
news Image
2017.03.06
17:13
| A A A
Xəzərdə nəhəng “brilyant” tapıldı

NASA portallarından birində Xəzər dənizində LandSat-8 peyki tərəfindən çəkilmiş çox gözəl obyektin şəkili dərc edilib.
Movqe.az xəbər verir ki, Qazaxıstan sahilləri yaxınlığında olan obyekt böyük ölçülü parıldayan brilyantı xatırladır. Əslində bu, Xəzərin şimal sahilboyu sahələrində donmuş dayazlıqdan qopmuş buz parçasıdır.
Geofizika və okeanoqrafiya tədqiqatları (Fransa) laboratoriyasının alimi Aleksey Qurayev hesab edir ki, buz parçası dənizin dibinə yapışıb və hərəkətsizdir.
Yeri gəlmişkən, Xəzər dənizinin şimalı təkcə temperaturun aşağı olmasına görə yox, həm də suyun daha yüksək duzluluğuna və dəniz səviyyəsinin aşağı olmasına görə buzla örtülür.

publika.az

Sizin Reklam Yeriniz