Əlaqə Arxiv
news Image
2018.08.17
09:45
| A A A
Reinkarnasiya ilə dünyaya qayıdıb özünü öldürən şəxsi tapan uşaq!

Reinkarnasiyaya inanırsınız yoxsa inanmırsınız, işin o qismini bilə bilmərik. Lakin izah edəcəyimiz hadisə olduqca maraqlıdır.

Suriyanın yaxınlarında Golan Təpələrinin olduğu yerdə yaşanan bu hadisənin baş qəhrəmanı, 3 yaşlı kiçik bir uşaqdır. Əvvəlki həyatını xatırladığını və o həyatında bir adam tərəfindən balta ilə başına vurularaq öldürüldüyünü söyləyən uşaq, ilk başda heçkimi özünə inandıra bilməsədə cəsədinin dəfn olduğu yeri bildiyini söyləyincə insanların diqqətini çəkməyi bacarıb.

 

Və həqiqətən də uşağın göstərdiyi yer qazıldıqda bir cəsəd tapılıb, bu cesetin kəlləsində də eynilə uşağın söylədiyi kimi bir balta izi mövcuddur. İşin bir başqa maraqlı yanı isə, uşağın başında, cəsətin balta izinin olduğu yerdə bir doğum ləkəsi mövcud olmasıdır.

Təbii olaraq hadisə yalnız burada bitmir, hətta yeni başlayır. Söz gedən hadisəni eşidən və reinkarnasiya ilə əlaqəli bəzi işlər icra edən Qəzzalı həkim Dr. Əli Lasch, uşağın daha əvvəlki həyatında yaşadığını söylədiyi kəndi ziyarət edir. Burada bəzi araşdırmalar edən, kəndlilər ilə danışan Lasch, həqiqətən də 4 il əvvəl kənddən birinin itdiyini və ondan bir daha xəbər alına bilmədiyini sübut edir. Əlavə olaraq uşağın verdiyi ad ilə kənddən itən adamın adı eynidir.

Daha sonra isə uşaq, bu qəsəbəyə gətirilir və hadisələr yenidən , daha da maraqlı bir hal alır. Qəsəbəyə gələn uşaq, öz başına bir evə sanki daha əvvəldən getmiş kimi girərək oradakı adama adı ilə səslənib, əvvəlki həyatında qonşu olduqlarını söyləyir. Və uşağın ifadə etdiyinə görə özünü öldürən də bu qonşusu idi. Uşağın iddialarının ardından qəribə davranışlar edən, və narahat olmağa başlayan adam sonrasında isə daha çox dözə bilməyərək günahını etiraf edir.

Bu maraqlı hadisə, reinkarnasiyanın varlığı mübahisələrini yenidən gündəmə gətirsə də hadisənin elmi olaraq təsdiqlənməməsi, buna qarşı uşağın hər şeyi həqiqətən də bilir və xatırlayır olması, beynimizdə də böyük bir sual işarəsi meydana gətirir.

 

 

tecnote.az

Sizin Reklam Yeriniz