Əlaqə Arxiv
news Image
2013.02.05
16:50
| A A A
Diqqət, dəvə çıxa bilər!

Movqe.Az bildirir ki, Türkmənistandakı sürücülərə dəvələrlə bağlı xəbərdarlıq edilir. Yollarda lövhələrdə sürücülər çox vaxt yabanı heyvanlar üçün xəbərdar edilir. Türkmənistanda isə sürücülərin dəvələrlə başı dərddədir. Bəzi yollarda sürücülər, ən çox "Diqqət dəvə çıxa bilər" lövhələriylə qarşılaşırlar. Çünki başıboş buraxılan dəvələr yollar üçün böyük təhlükədir. 80 faizi çöllərlə örtülü olan Türkmənistanda bir çox yerdə dəvələr vardır.  Dəvələr otlamaları üçün sərbəst buraxılırlar. Günlərlə dəvələr çöllərdə gəzirlər. Bu vəziyyət xüsusilə gecə saatlarında qəzalara səbəb olur. Türkmənistanda dəvədən həyatın hər sahəsində istifadə edilir.

Sizin Reklam Yeriniz