Əlaqə Arxiv
news Image
2013.02.06
17:00
| A A A
"Facebook"da oyun oynayanlar, ehtiyatlı olun!

Movqe.az xəbər verir ki, bir poker agenti, 16 min feysbuk istifadəçisinin məlumatlarını əldə edib. Antivirüs proqramı istehsalçısı "ESET" Facebook vasitəsilə poker oynayan kəslərin giriş məlumatlarını əldə edə bilən bir "troya atını" təsbit edib. "Poker Agent" adı verilən troya atı ilə 16 min nəfərin feysbuk hesablarına baxıldığını bildirən şirkət, bu məqsədə nail olmaq üçün 800 viruslu kompüterdən ibarət olan geniş bir botnet(bəd niyyətliyə istifadəçinin xəbəri olmadan yoluxmuş kompyuteri məsafədən idarə etməyə imkan verən ziyankar proqramlarla − botlarla yoluxmuş kompyuterlərdən ibarət şəbəkədir. Bot istifadəçinin kompyuterində gizli quraşdırılan və bədniyyətliyə yoluxmuş kompyuterin resurslarından istifadə etməklə müəyyən əməlləri yerinə yetirməyə imkan verən proqramdır. Botnetlər adətən spam göndərilməsi, konfidensialinformasiyanın toplanması, xidmətdən imtina hücumları, fişinq üçün istifadə edilir) şəbəkəsi yaradıldığını müyyən edib. Birbaşa Facebook giriş məlumatlarını əldə etməyə istiqamətlənən "Poker agenti", bu hesablar vasitəsilə məşhur poker saytı "Texas Holdem Poker" dəki istifadəçilərin oyun skorlarına baxmağa çalışıb. Xakkerlər poker oyunundakı kreditlərini artırmaqla yanaşı bəzi şəxslərin feysbuk hesab tənzimləmələrində olan kredit kartı məlumatlarını da əldə etməyi qarşılarına məqsəd qoyublar. Oyunun, PayPal hesabını istifadə edərək kredit kartından real pul istifadə xüsusiyyəti var.

Sizin Reklam Yeriniz